İzzət Ülvi Yönter
İzzət Ülvi Yönter | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
23 iyun 2015-ci ildən | |
Seçki dairəsi | iyun, 2015 — İstanbul (1.) noyabr, 2015 — İstanbul (1.) 2018 — İstanbul (1.) 2023 — İstanbul (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 may 1976 (48 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
İzzət Ülvi Yönter (11 may 1976, Əmirdağ[d], Afyonqarahisar ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]İzzət Ülvi Yönter 1976-cı ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. İstanbul Universiteti Siyasi Elmlər Bölməsindən və Tarix Bölməsindən məzun olub. Anadolu Universitetində iqtisadiyyat üzrə magistr, həmin universitetdə biznesin idarə edilməsi üzrə isə PhD dərəcələri alıb.[1]
Uzun illərdir MHP üzvüdür. 2018-ci ildən MHP sədrinin müavinidir.[1]
İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 TBMM. "İzzet Ulvi YÖNTER". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
- 11 mayda doğulanlar
- 1976-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Afyonkarahisar ilində doğulanlar
- Milliyətçi Hərəkat Partiyasının üzvləri
- İstanbul Universitetinin məzunları
- Anadolu Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- TBMM XXVII çağırış deputatları
- TBMM XXVIII çağırış deputatları