Əhən
Əhən | |
---|---|
40°51′09″ şm. e. 48°24′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.540 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 519 nəfər |
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Əhalisi tatlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir.
Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir və kənddə yeməkxana yoxdur. Kəndə il boyu avtomobillə getmək olar.[1] İqlimi mülayim, olsa da, qışda sərt soyuqlarla ( -25 selsi ,-30 selsi) müşahidə olunur. Relyefi dağlıq, dağ-çəmən, girintili-çıxıntılı dərə-təpə və sərt qayalıqlardan ibarətdir. Dağlar tektonik mənşəli olduğundan, dağəmələgəlmə davam etdiyinə görə, torpaqəmələgəlmə prosesi zəifdir. Maillik yüksək olduğundan və II Dünya Müharibəsi zamanı əkinçilikdə istifadə olunduğundan, torpaqların münbit qatının erroziyaya uğraması sürətlənmişdir.
Kəndin tarxi haqqında dəqiq məlumatlar olmasa da deyilənə görə burada məskunlaşma Lahıc qəsəbəsi ilə eyni vaxtda olmuş yaxudda Lahıcın bir hissəsi olmuşdur. Əhən sözünün etimalogiyasına nəzər yetirdikdə görərik ki, fars dilində olan اهن (Ahən) - dəmir mənasını verir. Bu əsasən sakinlərin ilkin məşğuliyyətləri ilə əlaqədar olmuşdur. Çünki Əhən kəndində sakinlərin əsas məşğuliyyət növü dəmirçilik olmuşdur. Lahıc qəsəbəsi yol üstündə yerləşdiyinə görə Əhən kəndində olan dəmirçilər ora köçmüş, kənd təsərüffatı ilə məşğul olan əhali isə Əhən kəndində qalmışlar. Zaman–zaman baş verən iqtisadi çətinliklərə görə kənd əhalisi respublikanın müxtəlif ərazilərinə köçənlərdən savayı, Şamaxının Dəmirçi kəndinin, Ağsunun Ülgüc kəndinin əhalisi əslən Əhən kəndindən köçənlərdir. Hətta Gürcüstan Respublikasının Qombori kəndinin əhalisi əslən Əhənlilərdən ibarətdir. Kənddə bir kökdən olan beş nəslin məhəllələri mövcuddur. Məhəllələrə Rzaxanlılar, Salahlılar, Hacıqayıblılar, Fərzililər və Nabatlılar daxildir. Kənddə 145 təsərrüfat, 190 ailə, 113 yaşayış evi (2017-ci ilin yanvar ayına qədər olan məlumat) mövcuddur. Əhən kəndində 275 nəfəri kişi, 297 nəfəri isə qadın olmaqla 572 nəfər əhali qeydiyyatdadır. Kənddə məskunlaşan əhali, əsasən tat dilində danışır.
Kəndin iqtisadi fəaliyyətini heyvandarlıq, meyvəçilik, əkinçilik və xalçaçılıq təşkil edir. Son zamanlar xalçaçılığın inkişafında geriləmə baş vermişdir. Heyvandarlıqda əsas üstünlüyü qoyunçuluq təşkil edir ki, bu sahə ilə məşğul olanların əksəriyyəti köçəri təsərrüfatla məşğul olurlar. Hazırda (01.01.2017-ci illə olan məlumat) 10 000dən artıq xırdabuynuzlu və 700 başa kimi iribuynuzlu davarlar vardır. Əkinçilik kəndin relyefinə uyğun olaraq azlıq təşkil edir. Kəndin 67 ha meyvə bağı sahəsi mövcuddur. Burada ağacların çoxunu alma, müəyyən qədər armud və qoz ağacları təşkil edir. Ərazisi təbii meyvə, giləmeyvə, və dərman bitgiləri ilə də zəngindir. 2016-cı ildə Almaniya-Azərbaycan birgə təşkilatının köməkliyi ilə 3 ha ərazidə əksəriyyəti qoz ağacı olmaqla meşəsalma işləri görülmüşdür. Əhən kəndində bir ümumi orta təhsil müəssisəsi mövcuddur. Burada 13 müəllim, 60 nəfər şagird var. Məktəbdə kitabxana fəaliyyyət göstərir. Hal–hazırda 18 nəfər Respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər ki, onlardan 3 nəfəri magistr, biri isə AMEA-nın elmi işçisidir. Əhən kəndində 120 nəfərlik klub binası və feldşer və baytarlıq məntəqəsidə mövcuddur. Əhən kəndində iki nəfər Sovetlər dövründə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşlər.
Məmmədov Səfərəli İbrahim oğlu - SSRİ Dövlət Mükafatı Laureatı – Sosialist Əməyi Qəhrəmanı. Qasımov Əlman Fərman oğlu - SSRİ Dövlət Mükafatı Laureatı - Sosialist Əməyi Qəhrəmanı.
Əhən kəndində XIX əsrdə inşa olunmuş iki məscid mövcuddur ki, bunlardan biri Sovetlər vaxtında anbar kimi istifadə edilmiş və baxımsızlıqdan dağılmışdır, digər biri isə özəlləşmə dövründə özəlləşdirilmiş və şəxsi tikili kimi fəaliyyət göstərməkdədir. Ərazidə iki müqəddəs pir mövcuddur. Bunlar Əhən piri kimi tanınır və haqqlarında rəvayətlər mövcuddur. Tarixi abidə kimi ərazidə iki bulaq da mövcuddur ki, bunlardan biri mərkəzi bulaq kənd sakinlərini içməli su ilə təmin edir, digəri isə Kələxuni adlanan bulaqdır ki, ondan əsasən heyvanların suvarılmasında istifadə olunur. Son illərdə iki yerdən çəkilmiş su xətti bütün məhəllə və əksər evlərin su ilə təmin olunması üçün şərait yaratmışdır. Kənd elektrik daimi enerjisi ilə təmin edilir və kənddə yeməkxana yoxdur. Kəndə il boyu avtomobillə getmək olar.
Təhsilin vəziyyəti
[redaktə | mənbəni redaktə et]Hazırda kənddə 9 ilik Əhən kənd natamam orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et] İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |