Əziz Boran
Naviqasiyaya keç
Axtarışa keç
Əziz Boran | |
---|---|
Əziz Boran Orduxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Mərzili, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Fəaliyyəti | tarixçi |
Elmi dərəcəsi | |
Mükafatları |
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti.
Həyatı
[redaktə | mənbəni redaktə et]1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir.
Təhsili və elmi adları
[redaktə | mənbəni redaktə et]- 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir
- 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
- Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir.
- 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
- 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir.
- Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır.
- 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir.
Tədqiqat sahəsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi və digər məsələlər mühüm yer tutur.
Beynəxalq seminar, simpozium və konfranslarda iştirakı
[redaktə | mənbəni redaktə et]- 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən "Türkiyənin erməni məsələsi" adlı Beynəlxalq elmi konfransda iştirak edərək orada "Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri" mövzusunda məruzə etmişdir.Məruzə konfransın materiallarında dərc olunmuşdur.
- 2003-cü ilin mart-may aylarında Bakıda "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri" mövzusunda keçirilən Beynəlxalq elmi sessiyada çıxış etmişdir. Məruzə konfransın materiallarında dərc olunmuşdur.
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]- Müharibəyə qarşı sülh uğrunda. Bakı, 1987
- Azərbaycan Evliyə Çələninin 1954-cü il "Səyahətnaməsi"ndə. Bakı, 2000(Z.Bayramlı ilə birlikdə)
- Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı,2008-12-24
- Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənnindən magistr pilləsi üçün proqram. Bakı, 2007; yeniləşdirilmiş nəşr, 2008.
- Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi.// AXC-nin aktual problemləri, beynəlxalq elmi sessiyanın materialları. Bakı,mart-may 2003.
- Ali məktəblərdə milli-azadlıq hərəkatı mövzunun tədrisi təcrübəsindən. BDU-nun Xəbərləri.Humanitarelmlər seriyası.№ 2, 2007.
- Milli-azadlıq hərəkatı tarixinin dövrləri haqqında qeydlər.// Tarix və onun probblemləri.Bakı, № 4, 2007
Təltifləri
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub[1].
- 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Prezident sərəncamı: Nazirlikdə təqdimat". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
- ↑ ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.