2021 Avroviziya Mahnı Müsabiqəsi
2021 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
I yarımfinal | 18 may 2021 |
II yarımfinal | 20 may 2021 |
Final | 22 may 2021 |
Aparıcı(lar) | Şantal Cansen Edsiliya Rombli Can Smit Nikki Caqer |
Direktor | Martin Österdahl |
Kanal | AVROTROS NPO NOS |
Keçirilən yer | "Rotterdam Ahoy", Rotterdam, Niderland |
Qalib mahnı | İtaliya "Zitti e buoni" |
İştirakçıların sayı | 39 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Bolqarıstan Ukrayna |
İştirakdan imtina edən ölkələr | Macarıstan Monteneqro Ermənistan Belarus |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2020 2022 ► |
2021 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2021; fr. Concours Eurovision de la chanson 2021) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi. 2020-ci ildə keçirilməli olan müsabiqə Avropa Yayım İttifaqının 18 mart 2020-ci il tarixində verilən qərara görə, müsabiqə 2021-ci ilədək təxirə salındı.[1] 2020 Avroviziya Mahnı Müsabiqəsi üçün seçilən təmsilçilər 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilər, lakin, seçilən mahnılar 2021 Avroviziya Mahnı Müsabiqəsində istifadə oluna bilməz.[2]
İştirakçı ölkələr
[redaktə | mənbəni redaktə et]39 ölkə iştirakını təsdiqləmişdir. [3]
1-ci yarımfinal
[redaktə | mənbəni redaktə et]18 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak etdi. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, İtaliya və Niderland səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
2-ci yarımfinal
[redaktə | mənbəni redaktə et]20 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və İspaniya səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Final
[redaktə | mənbəni redaktə et]Finalçılar:
- "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
- Ev sahibi ölkə (Niderland);
- Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
- İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.
Digər ölkələr
[redaktə | mənbəni redaktə et]Aşağıdakı ölkələr aktiv Avropa Yayım İttifaqına üzv ölkələrdir. 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini bildirdilər.
- Andorra – Andorra höküməti maliyyə problemlərini həll edib, növbəti illərdə yarışmaya qatılacaqlarını bildirdilər.
- Ermənistan - 2020 oktyabr tarixində Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənən qərara görə Ermənistan müsabiqədə iştirak etməli idi. Lakin, 5 mart 2021-ci ildə AMPTV bir çox səylərə baxmayaraq, ölkədə Paşinyan əleyhinə etirazlar və İkinci Qarabağ müharibəsi sonrası problemlər səbəbindən 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirakları qeyri-mümkün göründüyünü açıqlayaraq Ermənistanın yarışmadan çəkildiklərini təsdiqlədilər.
İnsidentlər
[redaktə | mənbəni redaktə et]Belarusun mahnı təqdimatı
[redaktə | mənbəni redaktə et]9 Mart tarixində Belarus televiziyası öz iştirakçısını və müsabiqə mahnısını təqdim etmişdi. "Ya Nauchu Tebya" adlanan mahnı Belarus xalqına qarşı təhdid sözlərindən ibarət idi və siyasi məqsəd daşıyırdı. Çoxlu şikayətlərdən sonra 11 Mart 2021 tarixində həmin mahnı sözlərini dəyişmək şərti ilə ləğv edildi və Avropa Yayım İttifaqı tərəfindən Belarusa yeni mahnı üçün vaxt verildi. 13 Mart 2021-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko sözləri dəyişdirmək əvəzinə yeni mahnı seçəcəklərini bildirdi. Onlara verilən vaxt ərzində Avropa Yayım İttifaqına mahnı təqdim olunmadı və Avropa Yayım İttifaqı Belarusu 2021 Avroviziya Mahnı Müsabiqəsindən kənarlaşdırdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ "Arxivlənmiş surət". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ "Arxivlənmiş surət". 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.