3096 gün (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
3096 gün
3096 Tage
alm. 3096 Tage
Janr Dram filmi
Rejissor Şerri Hormann
Ssenari müəllifləri
  • Bernd Ayhinqer[d]
Baş rollarda Antonia Kempbell-Hyuiz
Ture Lindhardt
Operator Mixael Ballhaus
Bəstəkar Martin Todşarov
İstehsalçı Constantin Film[d]
İlk baxış tarixi 28 fevral 2013[1][2][…]
Filmin növü Bədii film
Müddət 111 dəq.
Ölkə Almaniya Almaniya
Dil İngiliscə
İl 2013
Rəng rəngli
Çəkiliş yeri Münxen
IMDb ID1667355

3096 gün (alm. 3096 Tage‎) — rejissor Şerri Hormannın filmi. Baş rolları Antonia Kempbell-Hyuiz və Ture Lindhardt oynayır. Film 10 yaşında texnik Volfqanq Priklopil tərəfindən oğurlanmış və 8 il müddətində əsir saxlanılan Nataşa Kampuş adlı avstriyalı qızın eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır[3][4].

1998-ci ilin mart ayında, məktəbə gedən 10 yaşlı Nataşa Kampuşu texnik Volfqanq Priklopil oğurlayır. O qızı Ştrashof an der Nordbanda yerləşən evinə gətirir. Nataşa eyni zamanda onun üçün həm işçi, həm də məşuqəyə çevrilir. İlk vaxtlar Volfqanq öz qurbanını evdən heç bir yerə buraxmır, lakin sonralar özü ilə birgə onu küçəyə çıxarır. O hətta Nataşanı xizək gəzintisinə də aparır. Orada Nataşa kömək diləyi ilə tualetdə bir qadını xahiş edir, lakin həmin qadın rusiyalı turist olur və onun dediyini anlamır.

8 ildən sonra Nataşa əsirdən xilas ola bilir, o Volfqanqdan qaçmağı bacarır və bunu bilən oğru qatarın altına özünü ataraq intihar edir[5]

Aktyor Rol
Antonia Kempbell-Hyuz Nataşa Kampuş
Ture Lindhardt Volfqanq Priklopil
Trine Dürholm Brigitta Sirni
Ameliya Picen Kampuş uşaqlıqda
Dirbla Molloy Valtraud Priklopil
Röland Vaysnekker Lüdviq Kox
Ellen Şvirs Kampuşun nənəsi
Erni Manqold Priklopilin nənəsi
Sebastian Veber Ernst Holtsapfel
Ancelina Noa rusiyalı turist qadın

Kampuş qaçışından dərhal sonra, bir çox media, pressa və kinematoqrafların marağına səbəb oldu. Onun 8 il həyatının ekraziya olunmasını da təklif edilmişdi. KİV-də məlumatlar yayıld ki, filmdə çəkilməyə görə, ona bir milyon funt təklif olunub. Həmçinin pressada gəzilən şayələrə görə, filmin ekranizasiyasını Elay Rot öz üzərinə götürüb.

2010-cu ildə Kampuş «3096 gün» adlı avtobioqrafik əsərini çap etdirir[6].Elə o zaman da məlum olur ki, filmin prodüseri və ssenari müəllifi Bernd Ayhinger olacaq. Lakin 2011-ci ildə Ayhinger gəflətən infarkt nəticəsində vəfat edir. O vaxta o artıq öz ssenarisinin 50 səhifəsini yazmışdı[7].

Ayhingerin ölümündən sonra filmin yaradılması bir müddət dayandırılmışdı, ancaq Constantin Film kinokompaniyası filmin çəkilişləri davam edəcəyini dedi[8].

Ayhenger Kampuş rolu üçün Keyt Uinsleti dəvət edir[9], amma nəticədə bu rol Parlaq ulduz filmində çəkilən britaniyalı aktrisa Antoniya Kempbell-Hyuza qismət olur[10]. Öz qəhrəmanını filmdə daha realistik göstərmək üçün Antoniya arıqlamağa və saçlarını kəsməyə məcbur oldu. Evening Standard qəzetinə verdiyi intervyuda Elə əvvəlcədən mənim qəhrəmanım kimi, mənim də əzab çəkəcəyim nəzərdə tutulurdu — Kempbell-Hyuz deyir[11].

Kampuşun uşaqlığını Torki şəhərindən olan Ameliya Picen oynadı. Rejissorun dediyinə görə, qızı kastinq-direktor Pippa Holl uşaq müəssisələrində Kampuşa bənzəyən qızı axtararkən tapıb. Bundan sonra Picen Londona gələrək bu rolu alır[12].

Priklopil rolu isə danimarkalı aktyor Ture Lindhardta qismət oldu. Hormanın dediyinə görə, bir çox aktyorlar pedofil rolu oynamaqdan imtina etdilər. Kampuşun anası Brigitta Sirnini isə Trine Dürholm oynadı[13].

Filmin çəkilişləri 2012-ci ildə başlamışdı, çəkiliş yeri kimi Münhen şəhəri seçilmişdi. Film daha çox xarici seyircilər üçün nəzərdə tutlduğundan, çəkilişlər ingilis dilində keçirilmişdi, Almaniya üçün isə sinxronlaşdırılmış tərcümə edilmişdi[14].

Filmin premyerası 25 fevral 2013-cü ildə Vyanada baş tutmuşdu. Burada Kampuşun özüdə iştirak edirdi, lakin o hər-hansı bir suala cavab verməkdən imtina etdi[15]. Fevralın 28-də film geniş prokatla Almaniya və Avstriyada satışa buraxıldı[16].

İlk uik-enddə filmi 144 000 seyirci izlədi[17].

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafat və nominasiyalar
Mükafat İl Kateqoriya Nominasiya olunub Nəticə
Romy Gala 2013 Ən yaxşı operator işi Mixael Ballhaus Qazandı
  1. http://rateyourmusic.com/film/3096_tage/.
  2. http://www.imdb.com/title/tt1667355/.
  3. "В Германии вышел фильм про Наташу Кампуш". lenta.ru. 28.02.2013. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  4. Flower, Alex. "N. Irish actress to play Natascha Kampusch in movie". zimbio.com. 2012-04-15. 2013-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26.
  5. [1][ölü keçid]
  6. Hagestadt E. "3,096 Days, By Natascha Kampusch, trans. Jill Kreuer" (ingilis). The Independent. 08.10.2010. 2013-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-02.
  7. "„3096 Tage" ist Bernd Eichingers Vermächtnis" (alman). Bild. 27.02.2013. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  8. Niemeier T. "Constantin dreht Kampusch-Film 2012" (alman). Quotenmeter. 09.04.2011. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  9. Brooks Х. "Natascha Kampusch film director eyes Kate Winslet as lead" (ingilis). London: The Guardian. 2010-06-17. 2013-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-20. (#apostrophe_markup)
  10. Roxborough S. "Antonia Campbell-Hughes Cast as Austrian Kidnap Victim Natascha Kampusch" (ingilis). The Hollywood Reporter. 2012-04-16. 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
  11. Curtis N. "Antonia Campbell-Hughes: Why I'm starving for this role" (ingilis). Evening Standard. 28.06.2012. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  12. "Diese Mädchen spielen Natascha Kampusch" (alman). Bild. 20.02.2013. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  13. Eriksen J. "Trine Dyrholm skal spille med Natascha Kampusch-film" (danimarka). B.T. 23.09.2012. 2012-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-20.
  14. "„Erster Drehtag nach Rentenantritt" (Berliner Morgenpost)". 2014-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-20.
  15. "Natascha Kampusch sagte kein Wort" (alman). Bild. 25.02.2013. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  16. Sobolla B. "Die Kampusch-Entführung im Kino" (alman). Deutsche Welle. 27.02.2013. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  17. "Film "3096" nur auf Platz fünf" (alman). Die Welt. 04.03.13. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]