Akonityarpaqlı ampelopsis
Naviqasiyaya keç
Axtarışa keç
Akonityarpaqlı ampelopsis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Akonityarpaqlı ampelopsis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ampelopsis aconitifolia (lat. Ampelopsis aconitifolia) — Şimali Çində yabanı halda bitən bitki.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Soyuğa və quraqlığa davamlıdır. Suvarıldıqda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Respublikanın bəzi bölgələrində mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Şaquli yaşıllaşdırmada geniş istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.