Albit
Albit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
NaAlSi₃O₈[1][2] |
Strunz təsnifatı | VIII/F.03c[3][4] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Albit — mineral - Na[AlSi3O8].
Haqqında
[redaktə | mənbəni redaktə et]Plagioklazın izomorf sırasının son üzvü. Kristallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir.
Albit ikiləşməsi
[redaktə | mənbəni redaktə et]Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagioklazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Albit ikiləşməsi qanunu
[redaktə | mənbəni redaktə et]Albit ikiləşməsi qanunu normal qanunlar qrupuna aid edilən ən geniş yayılmış ikiləşmə qanunlarından biri. Təbəqəli quruluşlu mika və başqa mineralların ikiləşməsi üçün səciyyəvidir. İkiləşmə tikişi mükəmməl ayrılmaya (001) uyğun gəlir. İkiləşmə oxu tikiş müstəvisində yerləşir.
Albit, yüksək çöl şpatı
[redaktə | mənbəni redaktə et]Albit, yüksək çöl şpatı mineral, soyuduqdan sonra yüksək temperaturlu modifikasiyaya xas olan strukturunu saxlayan albit və ya başqa çöl şpatı. Bunlara effuziv süxurların çöl şpatlarının əksəriyyəti aiddir. Sinonim: Analbit.
Albitit
[redaktə | mənbəni redaktə et]Albitit süxur, albitdən, bəzən az miqdarda kvars, muskovit və başqa mineral qarışıqlarından təşkil olunmuş kristallik-dənəvər damar süxuru. Mənşəyinə görə heterogendir. Qranitolidlərdə, nefelinli sienitlərdə aplit tipli damar şəklində rast gəlir; ultraəsası süxurlarda damar dioritlərinin, plagioqranitlərin və başqa natrium qranitoidlərinin anortitsizləşmə və silisiumsuzlaşması nəticəsində əmələ gəlir. Monomineral növləri keramik xammal kimi istifadə olunur.
Albitləşmə
[redaktə | mənbəni redaktə et]Albitləşmə albitin silikat və alümosilikat minerallarının hesabına hidrotermal və ya metasomatoz yolla əmələgəlmə prosesi. Sossüritləşmə, propilitləşmə, spilitləşmə və başqa proseslərlə birgə müşahidə olunur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
- ↑ 1 2 http://www.handbookofmineralogy.org/pdfs/albite.pdf.
- ↑ International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (December 2014). 2014.
- ↑ Strunz Classification of Minerals (8 ed). 1982.
- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.