Android Studio

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Android Studio
Loqonun şəkli
Tipi Açıq mənbəli proqram təminatı, İnteqrasiya olunmuş inkişaf mühiti
Sonuncu versiya
  • 2024.2.1[1]
  • 2024.2.2 Canary 5[2]
Lisenziya havayı proqram təminatı
Sayt developer.android.com/st…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib.

Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı. Hazırkı stabil versiyası 3.2.1, 2018 ci ilin Oktyabr ayında buraxılmışdır[3]

Sistem tələbləri

[redaktə | mənbəni redaktə et]

Sistem tələbləri aşağıdakı kimidir[4]:

Kriteriyalar İzahat
ƏS versiyası Microsoft Windows 7/8/10 (32 bit və ya 64 bit)

Mac OS X 10.10(Yosemite) və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux(32 bitlik tətbiqləri icra etməyə qadir olan 64 bitlik sistem)(GNU C Kitabxanası (glibc) 2.19+)

RAM Minimum 3 GB RAM, 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır.
Disk sahəsi Minimum 2GB boş disk sahəsi lazımdır.

4 GB məsləhət görülür ( 500 MB İDE üçün+1.5 GB Android SDK və emulyatorun sistem obrazı üçün)

Java versiyası Java Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür
Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü
Kriteriyalar İzahat
ƏS versiyası Microsoft Windows 7 və ya daha yüksək

Mac OS X 10.9.5 və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux

RAM 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır.
Disk sahəsi 500 MB Android Studio üçün + 1.5 GB Android SDK, emulyatorun sistem obrazı və keş üçün
Java versiyası Java Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür
Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü
Kriteriyalar İzahat
ƏS versiyası Windows XP və ya daha yüksək

Mac OS 10.8.5 və ya daha yüksək

GNOME,KDE,Unity ekran mühitinə sahib Ubuntu,Fedora və ya GNU/Linux Debian

RAM Minimum 3 GB RAM, 4 GB RAM məsləhət görülür
Disk sahəsi Minimum 500 MB boş disk sahəsi lazımdır.

Əlavə olaraq minimum 1 GB Android SDK,emulyatorun sistem obrazı və keşlər üçün

Java versiyası Java Development Kit (JDK) 7 və ya daha yüksək
Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü
  1. Android Studio Ladybug | 2024.2.1 now available.
  2. Android Studio Ladybug Feature Drop | 2024.2.2 Canary 5 now available.
  3. "Arxivlənmiş surət". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-30.
  4. "System Requirements". 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]