Ankara Yıldırım Beyazıt Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ankara Yıldırım Beyazıt Üniversitesi
Yıldırım Beyazıt Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub 2010
Ölkə
Universitet şəhərciyi 231.395 m2 Kapalı Alan
Sayt ybu.edu.tr

Ankara Yıldırım Beyazıt UniversitetiAnkaranın beşinci dövlət universiteti.[3] Universitet 2010-cu ildə yaradılmışdır. 2011–2012-ci tədris illərindən tələbə qəbuluna başlamışdır.[4]

Əsas binası Esenboğa kampusudur. Buraya Ankara Şəhər Xəstəxanası, AYBU Yenimahalle Təhsil və Araşdırma və Təpəbaşı Ağız və Diş Sağlamlığı xəstəxanaları daxildir.

Yarandığı ilk ildən Erasmus proqramına layiq görülən universitet Florida Universiteti, Texas San Antonio Universiteti, Sterlinq Universiteti, Hanyang Universiteti, Çester Universiteti, Maksim Qorki İnstitutu və 100-dən çox beynəlxalq universitetlə əməkdaşlıq protokolu imzalayıb.

2022-ci ilə qədər universitetdə 285 professor, 210 dosent, 264 doktor, 239 müəllim və 382 elmi işçi olmaqla cəmi 1380 akademik heyət çalışır.[5]

AYBU Çap mərkəzində bir milyona yaxın çap və elektron nəşr toplanaraq tədqiqatçıların və tələbələrin istifadəsinə verilib.

2020-ci ilə qədər çap resurslarının ümumi sayı 74.499-dır. Kitabxanadan istifadə edən tələbələrin sayı 2020-ci ilə kimi 400.000 nəfərdən artıqdır. Kitabxanada bir tələbəyə düşən elektron resursların sayı 38-dir.

Universitetdə 2021-22-ci tədris ilində 3020 aspirantura, 16638 bakalavr, 3247 magistratura və 1261 doktorantura olmaqla ümumilikdə 24166 tələbə təhsil alırdı.

Xarici tələbələri

[redaktə | mənbəni redaktə et]

108 ölkədən gələn 10,71% əcnəbi tələbə nisbəti ilə Türkiyədəki universitetlər arasında ən çox əcnəbi tələbəyə sahib olan universitetdir. Xarici dillərdə təhsil verən proqramların ümumi sayı 73-dür. Tələbə klublarının ümumi sayı 103-dür.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Elm və Texnologiya İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu
  • Sosial Elmləri İnstitutu
  • Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutu
  • Xalq Sağlamlığı İnstitutu
  • Xarici Dillər kolleci
  • Sağlamlıq Xidmətləri kolleci
  • Türk musiqisi Dövlət Konservatoriyası

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qafqaz Universitetlər Birliyinın üzvüdür[7]

Ankara Yıldırım Beyazıt Universiteti ilə Türk Aerokosmik Sənayesi (TAS) arasında imzalanan müqavilə sayəsində AYBU Aviasiya və Kosmonavtika fakültəsində təhsil alan tələbələrimizə TAS-da təcrübə keçmək imkanı verildi. Proqram çərçivəsində tələbələr 4 il TAS-də təcrübə keçəcək və TAS-dan aylıq 1000 lirə dəyərində təqaüd alacaqlar.

Bundan əlavə Türkiyə Ədliyyə Akademiyasının Rəyasət Heyəti ilə Ankara Yıldırım Bəyazit Universiteti Rektorluğu arasında Lisansüstü Təhsil Proqramlarına dair protokol imzalanıb.

  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. "Arxivlənmiş surət". 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  4. "Arxivlənmiş surət". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  5. "Arxivlənmiş surət". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  6. "Arxivlənmiş surət". 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  7. "Arxivlənmiş surət". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]