Antisfen
Antisfen | |
---|---|
Ἀντισθένης | |
Doğum tarixi | e.ə. 445 |
Vəfat tarixi | e.ə. 365 |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Kinik məktəbi |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Sokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Antisfen (yun. Ἀντισθένης) — qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi.
Haqqında
[redaktə | vikimətni redaktə et]Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur.
Fəlsəfəsi
[redaktə | vikimətni redaktə et]Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox"[1] və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir". Ümumi şeylər isə yoxdur, onlar yalnız insan düşüncəsindədir[2]. Bu baxımdan Antisfeni ilk nominalist (ümumi anlayışların mövcud olmasını inkar edən fəlsəfi cərəyan) adlandırmaq mümkündür. Bu problem sonralar orta əsr fəlsəfəsinin əsas mövzularından biri olmuşdur.
Antisfenə görə fəlsəfənin vəzifəsi insanın iç aləminin araşdırılmasından ibarətdir. Ərdəmə (xeyrə doğru yönəlmə) çatmaq, xeyirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə çatmaq mümkündür[3].
İnsan öz təbiətinə uyğun yaşamalı, şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün saymalıdır.
Heyvanların (özəlliklə də itlərin) həyatı insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə də, Antisfenə "İt" (yun. κῠνικοί – kinik) ləqəbini vermişdirlər[4]. Bu səbəbdən sonralar onun bütün ardıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata görə məktəbin adı Antisfenin dərs dediyi yerin adı ilə bağlıdır.
Eyni zamanda, Antisfen özünü hansısa dövlətin deyil, bütün dünyanın vətəndaşı elan etmişdir. Dini və ictimai qanunlar da onun tərəfindən inkar olunurdu.
Antisfen kiniklərdən fərqli olaraq təəccübləndirici "utanmazlığı" təbliğ etməyərək və Platonla polemika apararaq stoik etikasının ritorik istiqamətinə təsir göstərmişdir. Xoşbəxtlik üçün ləyaqət (əxlaqi mükəmməllik) tək və kifayət şərt tanıyaraq, cah-calal və kef-səfaya nifrət etmiş ("bir dəfə kef çekməkdənsə ağlını itirmək yaxşıdır"), əzab çəkməyi səadət hesab edərək, Sokratın daxili azadlıq idealını təbliğ etmiş, afina cəmiyyətini, o cümlədən mövcud quldarlıq institutunu və qadınların cəmiyyətdə hüquq bərabərsizliyini tənqid etmiş, politeizmi ("təbiətən bir allah mövcuddur") rədd etmişdir. Antisfen etika, məntiq və epistomologiya üzərində işləyərək müəyyənlik nəzəriyyəsini təklif etmişdir.[5]
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 101-102. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 101-102. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Brancacci, Aldo. Oikeios logos. La filosofia del linguaggio di Antistene, Napoli: Bibliopolis, 1990 (fr. tr. Antisthène, Le discours propre, Paris, Vrin, 2005)
- Dudley, Donald R. (1937), A History of Cynicism from Diogenes to the 6th Century A. D.. Cambridge
- Long, A. A. (1996), "The Socratic Tradition: Diogenes, Crates, and Hellenistic Ethics", in Bracht Branham, R.; Goulet-Caze Marie-Odile, The Cynics: The Cynic Movement in Antiquity and Its Legacy. University of California Press.
- Luis E. Navia, (2005), Diogenes The Cynic: The War Against The World. Humanity Books.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Lives & Writings on the Cynics, directory of literary references to Ancient Cynics
- Xenophon, Symposium, Book IV Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine
- А. Ф. Лосев, "Сократики"
- Диоген Лаэртский. "О жизни, учениях и изречениях знаменитых философов, кн. 6"
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Нахов И. М. Философия киников Arxivləşdirilib 2021-09-20 at the Wayback Machine. М.: Наука, Москва, 1982, s. 73.
- ↑ Асмус В. Ф. Античная философия Arxivləşdirilib 2015-04-16 at the Wayback Machine. М.: Высшая школа, 1976, s. 129–130.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 220–221.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 221.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 550 – 551. ISBN 978-9952-441-02-4.