Antonina Filippova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antonina Filippova
rus. Антонина Михайловна Филиппова
Doğum tarixi 7 (19) fevral 1897
Doğum yeri
Vəfat tarixi 8 aprel 1976(1976-04-08) (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1913–1975
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Antonina Mixaylovna Filippova (rus. Антонина Михайловна Филиппова; 7 (19) fevral 1897, Oryol8 aprel 1976, Volqoqrad) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943).

Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir.[1] 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur.[2]

Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s.

  1. "FİLİPPOVA Antonina Mixaylovna". 2011-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  2. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. Azərnəşr. 2016. səh. 176.
  • ФИЛИ`ППОВА Антонина Михайловна // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. 1136 стб. 38 000 экз.