Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan)
Antropogen çirklənmə
[redaktə | mənbəni redaktə et]İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s.[1]
Antropogen eroziya
[redaktə | mənbəni redaktə et]İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi.
Antropogen relyef
[redaktə | mənbəni redaktə et]Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.)
Antropogen torpaqlar
[redaktə | mənbəni redaktə et]İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir.
Antropogen səhralar
[redaktə | mənbəni redaktə et]Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür.[2]
Antropogen mühit
[redaktə | mənbəni redaktə et]Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen populyasiyalar
[redaktə | mənbəni redaktə et]İnsan tərəfindən introduksiya nəticəsində yaranan populyasiyalar, onların çoxalması, yayılması.
Antropogen seyrelmə
[redaktə | mənbəni redaktə et]Ayn-ayn bitki və ya heyvanın sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsi[3].
Antropogen suksessiya
[redaktə | mənbəni redaktə et]İnsanın təsərrüfat fəaliyyəti, onun birbaşa və ya dolayı yolla ekosistemə təsiri (meşənin qırılması, atmosferin qazlarla çirklənməsi və s.) nəticəsində baş verir.
Antropogen təzyiq
[redaktə | mənbəni redaktə et]İnsanın onu əhatə edən ətraf mühitə bilavasitə və vasitəli təsiri.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçid
[redaktə | mənbəni redaktə et]İnsan — ətraf mühit sistemi Arxivləşdirilib 2017-10-08 at the Wayback Machine