Aron Nimtsoviç
Aron Nimtsoviç | |
---|---|
Aron Nimzowitsch | |
Ölkə |
Danimarka Rusiya |
Doğum tarixi | 7 noyabr 1886[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1935[1][2][…] (48 yaşında) |
Vəfat yeri | |
Titulu | qrosmeyster |
Vikianbarda əlaqəli mediafayllar |
Aron Isayeviç Nimtsoviç (alm. A(a)ron NimzowitschA (a) ron Nimzowitsch, latış. Ārons Ņimcovičs; 7 noyabr 1886[1][2][…], Riqa[3] – 16 mart 1935[1][2][…], Kopenhagen[3][4]) — öz dövrünün ən böyük şahmatçı və şahmat nəzəriyyəçisi, şahmat tacına 1920–1930-cu illərdə namizəd, şahmat əsərlərinin müəllifi, hipermodernizm cərəyanın nümayəndəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahmatı 8 yaşında atası (Riqanın güclü şahmatçısı) tərəfindən öyrənib. Uşaqlıqdan riyaziyyatla, xəttaqlıqla və dini mətnlərin öyrənməsi ilə maraqlanıb. 1896-cı ildə "Deutsches Wochenschach" jurnalı Baltikyanı ölkələrdə doqquz yaşlı bir uşağın yaxşı oynamağı haqqında yazırdı. Eyni jurnal 1904-cü ildə ilk dəfə Aronun oyununu haqqında yazılmışdı.
Şahmata ciddi maraq ona artıq Berlin Universiteti təhsil alan zaman gəlir. İlk uğurunu 1906-cı ikdə Münhendə turnirdə birinci yer tutub(10 xaldan 8.5). Bu nəticəyə əsasən qrosmeyster statusunu alır. Beynəlxalq turnirdə birinciliyi isə 1923-cü ildə Kopenhagendə əldə edib. 1925-ci ildə şahmat tarixini dəyişmiş iki kitabı çap edilib: "Mənim sitemim" və "Şahmat blokadası".
Debütlərə əsas töhfəsi Nimtsoviç debütü və Nimtoviç kontrqambitidir. Karyerasının ən böyük uğuru Karlsbad turnirində (1929) qalibiyyət hesab olunur. Bu turnirdə həmin dövrün ən yaxşıları Lasker və Alyoxin istisna olmaqla iştirak edib.
Berlində fəlsəfə təhsili aldı. Birinci dünya müharibəsindən sonra Danimarkaya köçdü, vətəndaşlıq aldı. Orada son 15 ilini yaşayıb. 16 mart 1935-ci ildə sətəlcəmdən dünyasını dəyişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Aron Nimzowitsch // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118786296 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Aron Nimtsoviçin şəxsi kartı saytında 365chess.com
- nimzowitsch.com (ing.)