Ayt-Ben-Xaddu
Ayt-Ben-Xaddu | |
Aït Benhaddou [* 1] | |
Ölkə | Mərakeş |
---|---|
Tip | Mədəni |
Kriteriya | iv, v |
Keçid | 444 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1987 (11-ci sessiya) |
|
|
Ayt-Ben-Xaddu (bər. ⴰⵢⵜ ⴱⴻⵏⵃⴰⴷⴷⵓ ; ərəb. آيت بن حدّو ) — müasir Mərakeşdə, Böyük Səhra və Marrakeş şəhəri arasındakı keçmiş karvan yolu boyunca yerləşən tarixi ksar (istehkam yaşayış məntəqəsi). Bura, gil palçıqdan hazırlanmış tikililərlə xarakterizə edilən Mərakeş memarlığının böyük bir nümunəsi hesab olunur və 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]Ksar XI əsrdən, Əlmürabilər dövründən bəri inşa edilmişdir.[2][3] İndiki tikililərin heç birinin 17-ci əsrdən əvvələ aid olmadığına inanılır, lakin ehtimal ki, əsrlər boyu istifadə edilən eyni tikinti metodları və dizaynları ilə inşa edilmişdir.[1] Sahənin strateji əhəmiyyəti, əsas trans-Sxara ticarət yollarından biri boyunca yerləşməsi ilə əlaqədar idi.[1] Bu marşrut üzərində olan Tizi-n'Tiçka keçidi, Marrakeş şəhəri ilə Böyük səhranın kənarındakı Draa vadisindən keçərək Atlas dağlarını aşan bir neçə yoldan biri idi.[1][3] Bu yol boyunca digər kasbah və ksarlar yerləşirdi.[2]
Bu gün ksarın özündə yalnız bir neçə ailə yaşayır.[3] Vaxt keçdikcə ərazidə başlayan depopulyasiya vadinin 20-ci əsrdə strateji əhəmiyyətini itirməsinin nəticəsidir. İndi yerli sakinlərin əksəriyyəti çayın o tayındakı kənddə, müasir yaşayış yerlərində yaşayır və kənd təsərrüfatından və xüsusən də turist ticarətindən kənarda qalırlar.[3][4]
Təsvir
[redaktə | mənbəni redaktə et]Planlaşdırma
[redaktə | mənbəni redaktə et]Ksar Unila çayının yaxınlığındakı bir təpənin yamaclarında yerləşir. Kəndin tikililəri bürclərdən və darvazadan ibarət bir müdafiə divarı içərisində bir yerə yığılmışdır.[1] Bunlara sadə evlərdən tutmuş qüllələri olan hündür quruluşlara qədər müxtəlif ölçülü yaşayış yerləri daxildir. Bəzi tikililər yuxarı hissələrində həndəsi motivlərlə bəzədilib. Kənd eyni zamanda məscid, bir karvansaray, kasbah (qalaya bənzər bir istehkam) və Sidi Əli marabutu kimi bir sıra ictimai tikililərə də sahibdir. Təpənin başında, ksara baxmayan, böyük bir istehkamın qalıqları var.[3] Burada ictimai meydan, müsəlman qəbiristanlığı və yəhudi qəbiristanlığı da mövcuddur.[1] Ksar divarlarının xaricində taxıl əkilib biçilən sahə mövcud idi.[1]
Tikinti materialları
[redaktə | mənbəni redaktə et]Ksarın tikililərinin hamısı torpaq qarışığından, gil kərpicdən və taxtadan hazırlanmışdır.[1] Sıxılmış torpaq və palçıqdan hazırlanan torpaq qarşığı olduqca praktik və səmərəli bir material idi, lakin ardıcıl təmir tələb olunurdu.[5][6] Qarışığa adətən yapışmaya kömək etmək üçün digər materiallar ilə qarışdırılırdı. Ayt-Ben-Xaddu və Mərakeşin bu bölgəsindəki digər kasbah və ksar quruluşlarında isə adətən, nisbətən keçirici və zamanla yağış tərəfindən asanlıqla aşınan torpaq və saman qarışığından istifadə edilmişdi.[5] Nəticədə, bu tip kəndlər tərk edildikdən bir neçə on il sonra dağıla bilirdi.[4][7]
Qoruma
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə ksar, Hollivudun film çəkiliş yeri kimi istifadəsinə və 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmasına görə xeyli dərəcədə bərpa edilmişdir.[1][2] Abidənin monitorinqi və idarə edilməsi üçün yerli komitə cavabdehdir.[1]
Ayt-Ben-Xadduda çəkilən filmlər
[redaktə | mənbəni redaktə et]Mərakeşdə çəkilən çox sayda film, məkan olaraq Ayt-Ben-Xaddudan istifadə etmişdir. Aşağıdakı filmlər ksarda çəkilmişdir:[4][8][9][10]
- Çağırış (1976)
- Mumiya (1999)
- Qladiator (2000)[11]
- İsgəndər (2004)
- Cənnətin Krallığı (2005)
- Babil (2006)
- Fars şahzadəsi (2010)
- Tanrının oğlu (film) (2014)
Ərazi həmçinin, Taxt-tac oyunları[12] və Braziliyanın Klon teleseriallarının bölümlərində istifadə edilmişdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Ayt-Ben-Xaddu ksarının ümumi görünüşü
-
Kəndin yaxınlığındakı Asif Ounila-nın (Unila çayı) mənzərəsi.
-
Çayın yaxınlığında tikilən körpü.
-
Çaydan Ayt-Ben-Xaddu.
-
Ksarın bugünkü girişi.
-
Kəndin aşağı hissəsində kasbah (istehkam tikili).
-
Ksarın içərisindəki tipik bir küçə.
-
Binalardan birində ənənəvi taxta qapı.
-
Ayt-Ben-Xaddudan bir neçə kilometr şimalda yerləşən bir Kasbah
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Ksar of Ait-Ben-Haddou". whc.unesco.org (ingilis). UNESCO World Heritage Centre. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ 1 2 3 "Ait Ben Haddou travel". Lonely Planet (ingilis). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 3 4 5 "Rough Guides - Aït Benhaddou and around". Rough Guides (ingilis). 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 3 Jacobs, Harrison. "One of the most famous places in the world is a tiny desert town in Morocco where everything from 'Game of Thrones' to 'Gladiator' was filmed". Business Insider. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 Parker, Richard. A practical guide to Islamic Monuments in Morocco. Charlottesville, VA: The Baraka Press. 1981. 40.
- ↑ Futura. "Pisé". Futura (fransız). 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
- ↑ The Rough Guide to Morocco (11). London: Rough Guides. 2016. 390. ISBN 9780241236680.
- ↑ "Filming Location Matching "Ait Benhaddou, Morocco" (Sorted by Release Date Ascending)". IMDb. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "Movies Filmed at Ait Benhaddou in Morocco - Mosaic North Africa". Mosaic North Africa Tours - Morocco, Algeria and Tunisia Tours (ingilis). 2017-01-06. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ Jon Jensen; Alex Court. "Moroccan backdrop for Game of Thrones and Gladiator". CNN. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "Ksar Ait Benhaddou | History and Travel Guide - Moroccan Zest". Moroccan Zest (ingilis). 2018-09-28. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
- ↑ Jon Jensen; Alex Court. "Moroccan backdrop for Game of Thrones and Gladiator". CNN. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.