Azov rayonu
İnzibati vahid | |
Azov rayonu | |
---|---|
47°06′ şm. e. 39°25′ ş. u.HGYO |
|
Ölkə | Rusiya |
Daxildir | Rostov vilayəti |
İnzibati mərkəz | Azov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1924 |
Sahəsi | 2.861,93 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 98 338 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86342 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Azov rayonu — Rusiya Federasiyasında, Rostov vilayətində inzibati-ərazi vahidi. Rayon mərkəzi Azov şəhəri rayon tərkibinə daxil deyil.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Azov rayonu Rostov vilayətinin cənub-qərb hissəsində, Taqanrok körfəzinin Cənub sahilində yerləşir. Don çayının deltasında yerləşən rayonun sahəsi — 2966,0 km²-dir. Rayon ərazisi fərqli landşaft formaları ilə zəngindir. Ərazidə cənubi rus çölü, sahil rayonu, don deltasının qoruq ərazisi diqqəti cəlb edir. 1884-cü ildə rayon ərazisində Aleksandrovski meşəsi salınmışdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azov dənizi sahilləri sürrətlə məskunlaşmağa başladı. Bölgə əhalisi əsasən Ukraynadan və Rusiyanın Mərkəzi quberniyasından gələnlərin hesabına artırdı. Çöl ərazilərində qısa zamanda çoxlu kəndlər və xutorlar formalaşdı.
XIX əsrin ikinci yarısında Azov ərazilərind xalqçılıq geniş vüsət almışdır. 1905-ci il inqılabı zamanında Azov sahili ərazilərdə kəndli üsyanları geniş yayılmışdır. Azov ətrafında ağ qvardiyaçıların tam darmadağın edilməsi 1 mart 1920-ci ildə baş tutdu. Bölgədə sovet hakimiyyəti bərqərar oldu[1].
1928-ci ildə Azov rayonu ərazisində ilk Şimali Qafqaz maşın-traktor stansiyası yaradıldı (Aleksandrovskaya MTC)[2].
Əhalisi
[redaktə | vikimətni redaktə et]2021-ci ilin siyahıya alınmasına görə rayon əhalisinin sayı 98 338 nəfərdir. Ərazidə 20 yaxın millətin nümayəndələri yaşayır. Rayon ərazisində 99 yaşayış məntəqəsi var. Bunlar 18 kənd məskunlaşma formasının tərkibinə daxildir.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Azov rayonu ərazisində bir neçə sənaye müəssisələri mövcuddur. Bunlardan ən böyüyü — "Coca-Cola Eyç Bi Si Evraziyadır". Burda alkoqollsuz içkilər istehsal olunur.
Nəqliyyatı
[redaktə | vikimətni redaktə et]Azov rayonu ərazisindən dövlət əhəmiyyətli nəqliyyat xəttləri keçir. Bunlardan ən əsası M4 dəmir yol və avtomovil magistiralıdır. Bu magistiral Rusiyanın Avropa hissəsini Şimali Qafqazla birləşdirir.Digər vacib magistirallar: Bataysk-Yeysk və Azov — Starominsk -Krasnodar.[3]
Görməli yerləri
[redaktə | vikimətni redaktə et]Rayon ərazisində kompleks təbət abidələrinin yerləşdiyi Don təbiət parkı fəaliyyət göstərir. Park iki hissədən ibarətdir: Delta Don və xüsusi qorunan ərazi — Levoberejniy yasaqlığı. Ərazidə həmçinin regional əhəmiyyətə malik olan mədədiyyət obyektləri yerləşir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "История Донского края — Азовский район". 2009-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ "80 лет Азовскому району". 2014-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
- ↑ "Официальный сайт администрации Азовского района". 2013-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.