Böyük Britaniya parlamenti
Böyük Britaniya parlamenti | |
---|---|
Parliament of the United Kingdom of Great Britain and Northern Ireland | |
Ümumi məlumatlar | |
Növü | İki palatalı parlament |
Təsis tarixi | 1801[1] |
Palatalar |
Lordlar palatası İcmalar palatası |
İdarə heyəti | |
Lord-spiker |
Lord Fouler, Mühafizəkarlar partiyası 1 sentyabr 2016 tarixindən |
Spiker |
Con Berkou, Mühafizəkarlar partiyası 22 iyun 2009 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 800 per + 650 deputat |
Lordlar palatası siyasi partiyalar |
|
İcmalar palatası fraksiyalar |
|
Seçkilər | |
İcmalar palatası Sonuncu seçkilər | 8 iyun 2017 |
Məclis zalı | |
Sayt | |
www.parliament.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Britaniya parlamenti — Birləşmiş Krallıq, Taxt-tac əraziləri və Böyük Britaniyanın dəniz ərazilərinin ali qanunverici orqanı. Yalnız qanunverici üstünlüyə sahibdir və bununla da İngiltərədəki və xaricdəki bütün digər siyasi qurumlar üzərində son səlahiyyətə sahibdir. Parlament iki palatalıdır, lakin Kraliyyət Məclisi, Lordlar Palatası və İcmalar Palatası olmaqla üç suverən hissədən ibarətdir.[2][3]
İcmalar palatası
[redaktə | mənbəni redaktə et]İcmalar palatsı 651 üzvdən ibarətdir. O birmandatlı dairələr üzrə nisbi çoxluqlu majoritar sistem əsasında seçilir. Deputatlar indemnitetə (çıxışa görə təqsirsizlik) və yalnız sessiya dövründə, habelə sessiyaya qədər və ondan 40 gün müddətində məhdud immunitetə malikdir.
Lordlar palatası
[redaktə | mənbəni redaktə et]Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Böyük Britaniyada İcmalar palatasında dəfələrlə lordlar palatasının ləğv edilməsi və ya onun yenidən təşkil olunması haqda məslə qaldırılmış, lakin hər dəfə müvəffəqiyyətsiz olmuşdur.
Böyük Britaniya Parlamentinin fərqləndirici xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Böyük Britaniya Parlamentinin özünəməxsus xüsusiyyətləri var:
- Hər çərşənbə günü 30 dəqiqə müddətində Baş Nazirin Sual Vaxtı olur. Suallar istənilən mövzuda ola bilər;
- Mətbuat daim iştirak edir və istənilən vaxt çəkiliş edilə bilər;
- İcmalar Palatasında debatlar müəyyən qaydalara əsasən aparılır. Çıxış edənlər öz rəylərini bir-birlərinə yox, Spikerə ünvanlayırlar. Temparatur yüksələrsə, spiker debatı nəzarətdə saxlamaq üçün müdaxilə edir. Parlament üzvü çıxışına bitirdikdən sonra növbəti çıxışı kimin edəcəyinə Spiker qərar verir. Çıxış etmək istəyən Parlament Üzvü Spikerin diqqətini cəlb etmək üçün ayağa qalxır. Əslində, bu o qədər də vacib deyil. Çünki Spiker kimin danışmaq istədiyini təxminən bilir. Parlament Üzvləri tribunadan yox yerlərindən çıxış edirlər. Parlament Üzvləri adətən, çıxışlarını oxumurlar. Ancaq yaddaşlarını təzələmək üçün kiçik qeydlərə nəzər salmaq olar.
- Çıxış edən Parlament Üzvü digərinə müraciət etmək istəyirsə, onun adını çəkməməlidir. Əvəzində isə Parlament Üzvünün təmsil etdiyi seçki dairəsinin adını qeyd etməklə ona müraciət etməlidir.
- Müzakirə və debatlar əsasən, aqressiv xarakter daşıyır. Bu palataların formasında da özünü göstərir. Həm Lordlar Palatası, həm də İcmalar Palatasının yerləşdiyi palatalar dördbucaqlı şəklindədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ English Wikipedia community Wikipedia (ing.). 2001.
- ↑ "Joint committee on Conventions – Report (31 October 2006), Section 2, Points 22–23 (Background)". 3 noyabr 2006. 29 February 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
Our remit requires us to accept "the primacy of the House of Commons". It is worth considering what this means in the context of legislation, and of the conventions operating between the two Houses. Constitutional and Administrative Law by O. Hood Phillips and Jackson declares it to be a constitutional convention that "In cases of conflict the Lords should ultimately yield to the Commons." It goes on to observe that this convention was backed until 1911 by the possibility of packing the Lords with government supporters, and has been underpinned since then by the Parliament Acts.
- ↑ "Parliament and Crown". How Parliament works. Parliament of the United Kingdom. 17 yanvar 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2008.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "XARİCİ ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÜQUQ TARİXİ" Polis Akademiyası.
- "Mühazirələr toplusu" Polis Akademiyası
- "Xarici Ölkələrin Konstitusiya Hüququ" Çirkin. 2000
- "Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" M.Məlikova, E.Nəbiyev
- [1]
- "A Brief History of British Kings and Queens: British Royal History from Alfred the Great to the Present" (The Brief History) by Mike Ashley