Böyük Zab
Böyük Zab | |
---|---|
ərəb. الزاب الكبير, əl-Zab əl-Kəbir;[1] kürd. Zêy Badînan / Zêyê Mezin;[1] türk. Zap;[1] süry. ܙܒܐ ܥܠܝܐ zāba ʻalya; erm. Մեծ Զավ, Mets Zav; q.yun. μέγας Ζβαω/Λκοω;[1] akkad. Zabu ēlū[1] | |
| |
Ölkə | |
Mənbəyi | Tavr dağları, Türkiyə |
• Yüksəkliyi | təx. 3,000 m (9,800 ft) |
Mənsəbi | Dəclə |
Uzunluğu |
|
Su sərfi | 808 m³/s |
Su sistemi | Dəclə → Şəttül-Ərəb → Bəsrə körfəzi |
Hövzəsinin sahəsi | 40.300 km² |
Qolları | Rubar-i-Şin, Rukuçuk, Rubar-i-Ruvandiz, Rubat Mavaran, Bastura çay, Xəzir |
Tökülən çaylar | Dəclə, İraq |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Zab[2][3] və ya Yuxarı Zab[4] (ərəb. الزاب الكبير, əl-Zab əl-Kəbir; kürd. Zêy Badînan və ya Zêyê Mezin, türk. Zap, süry. ܙܒܐ ܥܠܝܐ, zaba alya) — Türkiyə və İraq ərazisindən axan, təxminən 400 kilometr (250 mil) uzunluğunda çay. Çay Türkiyədəki Van gölündən başlayır və İraqda, Mosulun cənubunda Dəclə çayına birləşir. Böyük Zabın hövzəsi təxminən 40,300 kvadrat kilometr ərazini əhatə edir və çay öz axını boyunca bir çox qollardan su toplayır. Çay və onun qolları əsasən qar və yağış suları ilə ilə qidalanır. Nəticədə, su sərfi il boyu çox dəyişir. Böyük Zab və onun qollarında ən azı altı bəndin tikilməsi planlaşdırılmışdır. Onlardan yalnız Bekme SES-nin tikintisinə başlanılmış, lakin Körfəz müharibəsindən sonra dayandırılmışdır.
Zaqros dağlarında ən azı Alt Paleolit dövründən insanlar məskunlaşmışdır. Həmçinin, Böyük Zab hövzəsində neandertalların yaşaması faktı Şanidar mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində təsdiqlənmişdir. Region ilə bağlı ilkin tarixi qeydlər eramızdan əvvəl III minilliyin sonlarına aiddir. Yeni Assuriya çarlığı dövründə Böyük Zab çayından paytaxt Nimrud ətrafındakı torpaqları suvarmaq üçün istifadə edilmişdir. Əməvilər xilafətinin süqutu ilə nəticələnən Zab döyüşü Böyük Zab çayının cənub sahilində baş tutmuşdur. Çayın vadiləri monqolların İraqı işğal etməsi səbəbilə qaçqın olmuş insanlar üçün sığınacaq rolunu daşımışdır. XIX–XX əsrlərdə Böyük Zab hövzəsində yaşayan yerli kürd tayfaları muxtariyyət tələbi ilə tez-tez üsyanlar qaldırmışdır.
Axın
[redaktə | mənbəni redaktə et]Böyük Zab Türkiyədə yerləşən Van gölünün şərqindəki dağlıq ərazidən, dəniz səviyyəsindən təxminən 3,000 metr (9,800 ft) yüksəklikdə başlayır və İraqda sol sahilində yerləşən Dəclə çayı ilə birləşir.[1][5][6] Böyük Zab Türkiyədə Van və Hakkari vilayətlərindən, İraqda isə Kürdüstan regionunun bir hissəsi olan Dəhuk və Ərbil mühafəzələrindən keçir. Böyük Zab Dəclə ilə birlikdə Ərbil və Ninəvə mühafəzələri arasında sərhədi təşkil edir. Yuxarı axarlarında Böyük Zab sıldırım qayalı dərələrdən keçir.[7] Yarımçıq qalan Bekme SES-nin yerləşdiyi, Amadiyə ilə Bekme dərəsi arasında yerləşən hissə Sapna vadisi adlanır. Layihə başa çatdıqdan sonra vadinin böyük hissəsi su altında qalacaq.[8] Çayın sağ və sol sahillərindəki çoxsaylı dağ çayları Böyük Zab ilə birləşir. Böyük Zab çayı sularının çox hissəsini sol sahilindən birləşən qollarından alır. Bunlara daxildir: Rubar-i-Şin, Rukuçuk, Rubar-i-Ruvandiz, Rubat Mavaran və Bastura çay.[9]
Böyük Zab çayı müxtəlif hesablamalara görə 392 kilometr (244 mil)[10][11] və ya 473 kilometr (294 mil)[12] uzunluğundadır. Çayın yatağının təxminən 300 kilometr (190 mil) uzunluğundakı hissəsi İraqda yerləşir.[10] Böyük Zabın orta su sərfi saniyədə 419 kub metr (14,800 kub fut) olur, lakin pik su sərfinin saniyədə 1,320 kub metr (47,000 kub fut) qədər artdığı qeydə alınmışdır.[13] Orta illik su sərfi 13.2 kub mekilotr (3.2 kub mi) olur.[11] Orta əsr ərəb coğrafiyaşünasları leysanlı təbiətinə görə Böyük Zabı Kiçik Zab ilə birlikdə "cin vurmuş" kimi təsvir etmişdilər.[1]
Hövzəsi
[redaktə | mənbəni redaktə et]Böyük Zabın çay hövzəsi haqqında təxminlər çox müxtəlifdir. Bu təxminlərdən ən aşağısı 25,810 kv. metkilor (9,970 kv. mil),[14] ən yuxarısı isə 40,300 kv. metkilor (15,600 kv. mil) qədərdir.[11] Hövzənin təxminən 62 faizi İraqda, qalanı isə Türkiyədə yerləşir. Böyük Zab çayının hövzəsi cənubda Kiçik Zab çayının hövzəsi ilə, şərqdə isə Dəclə çayının hövzəsi ilə həmsərhəddir. Zaqros dağları dəniz səviyyəsindən 3,000 metr (9,800 ft) yüksəkdə olan paralel əhəndaşı plikativ dislokasiyalarından ibarətdir. Böyük Zab çayının vadiləri və cənub-qərbi dağətəyi zonası su eroziyası nəticəsində əmələ gələn çınqıl, konqlomerat və qumdaşı ilə doludur. Böyük Zab çayının hövzəsindəki Amadiyə vadisi Zaqros dağlarının İraqa düşən hissəsində Şəhrizor və Ranyə düzündən sonra üçüncü ən böyük vadidir.[15][16]
Böyük Zab Zaqros dağlarının soyuq iqlimə malik olan və illik 1,000 millimetr (39 düym) çox yağıntının üstünlük təşkil etdiyi yüksək hissələrindən keçir. Oradan çay Zaqrosun dağətəyi zonasına axır. Yağıntı çayın Dəclə ilə qovuşduğu yerdə ildə 300 millimetr (12 düym) aşağıya düşür. Yayda dağətəyi zonada qeydə alınan orta temperatur adətən dağlıq hissələrə nisbətən daha yüksək olur.[17][18] Zaqros dağlarının yüksək hissələri üç fərqli biom ilə xarakterizə olunur: kol və bitkilərin üstünlük təşkil etdiyi, 1,800 metr (5,900 ft) hündürlükdə, ağac xəttinin üstündə yerləşən sahə; keçmişdə palıd meşəsinin (Quercus ithaburensis subsp. macrolepis) üstünlük təşkil etdiyi, 1,800 and 610 metr (5,910 and 2,000 ft) hündürlükləri arasında yerləşən sahə; daha rütubətli, bəzən isə bataqlıq olan çay dərələri.[19][20] Meşəlik ərazidə müşahidə olunan palıd ağacından başqa digər ağaclara aiddir: dağlıq ərazilərdə ardıc; orta hündürlükdə göyrüş, yemişan, ağcaqayın və qoz ağacları; alçaq və quraq ərazilərdə püstə və zeytun ağacları.[21] Dağətəyi zonada hal-hazırda bir çox sahə becərilir, lakin bozaqgülü cinsinə aid bitkilərin üstünlük təşkil etdiyi kiçik təbii bitki sahələri mövcuddur.[22]
Elektrik stansiyaları
[redaktə | mənbəni redaktə et]Bu günə qədər Böyük Zab çayı üzərində bir böyük bənd qismən tikilmişdir. Bunlar İraqın Bekme SES və Türkiyənin 24 MVt gücündə, suaşıran ilə nəzarət olunan Bağışlı su elektrik stansiyasıdır.[23][24] Bundan başqa, Böyük Zab hövzəsinin həm Türkiyə, həm də İraqa düşən hissəsində daha beş bəndin tikilməsi planlaşdırılmışdır. Türkiyənin Dövlət Su İşləri dövlət agentliyi Çuxurca yaxınlığında Çuxurca və Doğanlı SES-lərini, Hakkari şəhəri yaxınlığında isə Hakkari SES-ni tikməyi planlaşdırır. 245 MVt gücündə olan Hakkari SES son layihələndirmə mərhələsindədir, Çuxurca və Doğanlı SES-ləri isə müvafiq olaraq 245 MVt və 462 MVt gücündə olacaqlar.[25]
İraq Bekme və Dereluk SES-lərinin tikintisinə başlamışdır. İraq hökuməti daha ikisinin, Xəzir-Qomel və Mandava SES-lərinin tikintisini planlaşdırmışdır.[26] Daşqından qorunmaq və suvarma üçün Böyük Zab üzərində, Bekme dərəsində SES tikmə planları ilk dəfə 1937-ci ildə təklif edilmişdir. Texniki-iqtisadi əsaslandırma sahənin SES tikintisi üçün uyğun olmadığını göstərmişdir və bu səbəbdən layihədən imtina edilmişdir. 1976-cı ildə aparılan başqa bir tədqiqatda Böyük Zab üzərində əvvəlki araşdırmada təklif olunan yer də daxil olmaqla, SES-in tikilməsi üçün üç fərqli yer təklif edilmişdir. Nəhayət, 1989-cu ildə SES-in tikiləcəyi yer seçilmiş və tikinti prosesinə start verilmişdir.[27] Bekme SES-in tikintisi 1990-cı ildə Körfəz müharibəsinin başlaması səbəbilə dayandırılmış və bənd yarımçıq qalmışdır. Müharibədən sonra bəndin tikildiyi yer talan edilmişdir.[28] Bekme SES-in layihəsi çərçivəsində 230-metr (750 ft) hündürlüyündə bəndin və ümumi gücü 1560 MVt olan altı turbinli yeraltı su elektrik stansiyasının tikintisi nəzərdə tutulurdu. Bekme SES-in fəaliyyəti nəticəsində yaranacaq su anbarının tutumu 17 kub mekilotr (4.1 kub mi) olacaqdı. Bunun nəticəsində çoxsaylı kəndlər, Zavi Çemi Şanidar arxeoloji sahəsi və Şanidar mağarasına gedən yol su altında qalacaqdı.[28][29]
Tarixi
[redaktə | mənbəni redaktə et]- Ətraflı bax: İraq Kürdüstanı § Tarixi
Zaqros dağlarının İran ərazisinə düşən hissəsində yerləşən mağaralarda aparılan arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, insanlar dağ silsiləsinin ərazisində Alt Paleolit dövründən yaşayırlar.[30] Kiçik Zab çayından cənubda yerləşən Barda Balka mağarasında, həmçinin Zaqros dağlarının İrana düşən hissəsində aparılan qazıntılar nəticəsində Orta Paleolit dövrünə aid daş alətlər kompleksləri aşkar edilmişdir.[31][32] Son dövrlərdə Ərbil şəhərində aparılan qazıntılar nəticəsində neandertallar və ya "homo sapiens"lər tərəfindən hazırlanmış, Mustye mədəniyyətinə aid daş alətlər kompleksi aşkar edilmişdir.[33] Neandertallar həmçinin, Şanidar mağarasında məskunlaşmışdılar. Sapna vadisində yerləşən bu mağara sahəsində Orta Paleolitdən Epipaleolit dövrünə qədər davam edən bir sıra yaşayış məskənləri aşkar edilmişdir. Bu yer xüsusilə neandertal dəfnləri ilə tanınır. Kabara dövrünə aid daş alətlər kompleksinin istifadə edildiyi Şanidar mağarasının Epipaleolit dövrü əhalisi haqqında əldə edilən məlumatlar Böyük Zab hövzəsində yaşayan ən qədim "homo sapiens"lərin sübutudur. Növbəti Protoneolit və ya Natufi dövrlərinə aid Zavi Şemi Şanidar ən qədim yaşayış məskəninin müasirdir.[34] Böyük Zabın qolu olan Xəzir çayı üzərində yerləşən Miləfat Levantda dulusçuluqdan əvvəlki neolit A dövrü ilə müasir olan, e.ə. X minilliyə aid kiçik bir ovçu-yığıcı kənd idi.[35] Böyük Zabın aşağı axarının cənubunda yerləşən düzənlikdəki Ərbil qalasında aparılan arxeoloji tədqiqat nəticəsində məlum olmuşdur ki, insanlar ərazidə ən azı e.ə. VI minillikdən davamlı olaraq məskunlaşıblar.[36][37]
Regiona edilən ən qədim tarixi istinad Şumerin Üçüncü Ur sülaləsindən padşah Şulqi tərəfindən edilmiş, burada müasir Ərbilin qədim adı – "Urbilum" qeyd edilmişdir.[38] Assuriyanın paytaxtları Aşşur, Ninəvə, Nimrud və Dur-Şarrukin Böyük Zab çayının Dəclə ilə birləşdiyi dağətəyi zonada yerləşirdi. Böyük Zab çayının hövzəsi getdikcə daha çox Orta Assuriya və Yeni Assuriya çarlıqlarına inteqrasiya olunurdu. E.ə. 706-cı ilə qədər çarlığın paytaxtı olan Nimrud şəhəri Böyük Zab çayının Dəclə ilə birləşdiyi yerdən cəmi 10 kilometr (6.2 mil) aralıda yerləşirdi. Assuriya çarı II Aşşurnasirpal Nimrud ətrafındakı torpaqları suvarmaq üçün Böyük Zab çayından gələn suydan istifadə etmək məqsədilə Patti-Heqalli kanalını çəkmişdir. Bu kanal onun varisləri III Tiqlatpalasar və Asarhaddon tərəfindən bərpa edilmişdir.[39] Bundan başqa, kanal Böyük Zabın sağ sahili boyunca uzanaraq tunel kimi qayalı uçurumdan keçirdi və onu indi də müşahidə etmək olar.[40] Yeni Assuriya çarlığının süqutundan sonra midiyalılar, e.ə. 550-ci ildə isə Əhəmənilər dövləti əraziyə nəzarəti ələ keçirmişdi.[41] E.ə. 331-ci ildə baş tutan, Əhəmənilər dövlətinin süqutuna səbəb olan, Makedoniyalı İsgəndərin qələbə qazandığı həlledici döyüşlərdən biri olan Qavqamela döyüşünün Mosulun yaxınlığında, Böyük Zab çayının şimalında baş verdiyi ehtimal olunur. İsgəndərin e.ə. 323-cü ildə ölümündən sonra əraziyə nəzarət Selevkilərə keçmişdir.[42]
750-ci ildə sonuncu Əməvi xəlifəsi II Mərvan Böyük Zabın qolu olan Xəzir çayının sahilində baş tutan Zab döyüşündə Abbasi sərkərdəsi, sonradan xəlifə olmuş Səffah tərəfindən məğlub edilmişdir.[43] XIII əsrdə monqollar İraqı ələ keçirib Ərbil şəhərini yağmalayanda baş verən hadisələrdən sağ qalanların çoxu Böyük Zab çayının əlçatmaz vadilərinə sığınmışdır. Zavi Çemi Şanidardan tapılan xristian artefaktlarından məlumdur ki, Sapna vadisi həm xristianların, həm də müsəlmanların məskəni olmuşdur.[44] XIX əsrdə yerli kürd başçıları əraziyə nəzarət edirdilər.[45] Birinci Dünya müharibəsi illərində ərazidə şiddətli döyüşlər baş tutmuş, 1916-cı ildə Rəvandüz şəhəri Rusiya qoşunları tərəfindən talan edilmişdir. Birinci Dünya müharibəsindən sonra müstəqil kürd dövləti qurmağa çalışan Bərzani tayfası ilə bir neçə digər kürd tayfaları, eləcə də Bərzani tayfası ilə İraq hökuməti arasında şiddətli döyüş epizodları baş vermişdir. Bu üsyanların sonuncusu 1974-cü ildə başlamış, nəticədə Böyük Zab çayı hövzəsindəki şəhər və kəndlər ağır şəkildə bombalanmışdır.[46]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 Bosworth, 2010
- ↑ Azərbaycan Sovet Ensiklopediyası, 1978. səh. 249
- ↑ Azərbaycan Milli Ensiklopediyası, 2013. səh. 491
- ↑ Qaşqay, 2006. səh. 50
- ↑ Kliot, 1994. səh. 104
- ↑ Iraqi Ministries of Environment, Water Resources and Municipalities and Public Works, 2006. səh. 63
- ↑ Maunsell, 1901. səh. 130
- ↑ Solecki, 2005. səh. 163
- ↑ Iraqi Ministries of Environment, Water Resources and Municipalities and Public Works, 2006. səh. 64
- ↑ 1 2 Kliot, 1994. səh. 101
- ↑ 1 2 3 Shahin, 2007. səh. 249
- ↑ Isaev, Mikhailova, 2009. səh. 386
- ↑ Kliot, 1994. səh. 110
- ↑ Frenken, 2009. səh. 203
- ↑ Buringh, 1960. səh. 37
- ↑ Iraqi Ministries of Environment, Water Resources and Municipalities and Public Works, 2006. səh. 45–46
- ↑ Buringh, 1960. səh. 43
- ↑ US Air Force Combat Climatology Center, 2009
- ↑ Solecki, 2005. səh. 164
- ↑ Wright, 2007. səh. 216
- ↑ "Eastern Anatolia Project Master Plan" (PDF). ekutup.dpt.gov.tr (ingilis). State Planning Organization. 2000. 324. 26 aprel 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2022.
- ↑ "Recently Completed Projects" (ingilis). Sarol. 26 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2022.
- ↑ "Chapter 1: Administration and Finance" (PDF) (ingilis). Turkey State Hydraulic Works. səh. 76. 11 mart 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2022.
- ↑ Kolars, 1994. səh. 84
- ↑ Solecki, 2005. səh. 166–167
- ↑ 1 2 Solecki, 2005. səh. 168
- ↑ Benlic, 1990
- ↑ Biglari, Shidrang, 2006
- ↑ Braidwood, Howe, 1960. səh. 61
- ↑ Mohammadifar, Motarjem, 2008
- ↑ Hunt, 2010
- ↑ Solecki, 1997. səh. 15
- ↑ Kozłowski, 1998. səh. 234
- ↑ Nováček və b. 2008. səh. 276
- ↑ Al-Soof, 1968
- ↑ Villard, 2001
- ↑ Oates, 2005. səh. 46–47
- ↑ Davey, 1985
- ↑ van de Mieroop, 2007. səh. 273
- ↑ van de Mieroop, 2007. səh. 300
- ↑ Sharon, 1983. səh. 13–14
- ↑ Solecki, 2005. səh. 175
- ↑ Solecki, 2005. səh. 170
- ↑ Solecki, 2005. səh. 171–173
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Бөјүк Заб // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 249.
- Böyük Zab // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 491. ISBN 978-9952-441-03-1.
- Qaşqay, Solmaz Mirtağı qızı. Eyvazov, Bahadır (redaktor). Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı: Təhsil. 2006. 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
- Al-Soof, Abu, "Distribution of Uruk, Jamdat Nasr and Ninevite V Pottery as Revealed by Field Survey Work in Iraq", Iraq, 30 (1), 1968: 74–86, doi:10.2307/4199840, ISSN 0021-0889, JSTOR 4199840
- Benlic, S., "Underground works at the Bekhme Scheme", International Water Power and Dam Construction, 42 (6), 1990: 12–14, OCLC 321079949
- Biglari, Fereidoun; Shidrang, Sonia, "The Lower Paleolithic Occupation of Iran", Near Eastern Archaeology, 69 (3–4), 2006: 160–168, doi:10.1086/NEA25067668, ISSN 1094-2076, JSTOR 25067668
- Bosworth, C.E., AL-Zāb // Bearman, P.; Bianquis, Th.; Bosworth, C.E.; van Donzel, E.; Heinrichs, W.P. (redaktorlar ), Encyclopaedia of Islam, Second Edition, Leiden: Brill Online, 2010, OCLC 624382576
- Braidwood, Robert J.; Howe, Bruce, Prehistoric investigations in Iraqi Kurdistan (PDF), Studies in Ancient Oriental Civilization, 31, Chicago: University of Chicago Press, 1960, OCLC 395172, 2012-10-07 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2022-06-22
- Buringh, P., Soils and soil conditions in Iraq, Baghdad: Kənd Təsərrüfatı Nazirliyi, 1960, OCLC 630122693
- Davey, Christopher J., "The Negūb Tunnel", Iraq, 47, 1985: 49–55, doi:10.2307/4200231, ISSN 0021-0889, JSTOR 4200231
- Frenken, Karen, Irrigation in the Middle East region in figures. AQUASTAT survey 2008, Water Reports, 34, Rome: FAO, 2009, ISBN 978-92-5-106316-3
- Hunt, Will, Arbil, Iraq Discovery Could be Earliest Evidence of Humans in the Near East, Heritage Key, 2010, 2010-10-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 25 iyun 2022
- Iraqi Ministries of Environment, Water Resources and Municipalities and Public Works, Volume I: Overview of present conditions and current use of the water in the marshlands area/Book 1: Water resources // New Eden Master Plan for integrated water resources management in the marshlands areas, New Eden Group, 2006
- Isaev, V.A.; Mikhailova, M.V., "The hydrology, evolution, and hydrological regime of the mouth area of the Shatt al-Arab River", Water Resources, 36 (4), 2009: 380–395, doi:10.1134/S0097807809040022, ISSN 0097-8078
- Kliot, Nurit, Water Resources and Conflict in the Middle East, Milton Park: Routledge, 1994, ISBN 0-415-09752-5
- Kolars, John, Problems of International River Management: The Case of the Euphrates // Biswas, Asit K. (redaktor), International Waters of the Middle East: From Euphrates-Tigris to Nile, Oxford University Press, 1994, 44–94, ISBN 978-0-19-854862-1
- Kozłowski, Stefan Karol, "M'lefaat. Early Neolithic site in northern Iraq", Cahiers de l'Euphrate, 8, 1998: 179–273, OCLC 468390039
- Maunsell, F.R., "Central Kurdistan", Geographical Journal, 18 (2), 1901: 121–141, doi:10.2307/1775333, ISSN 0016-7398, JSTOR 1775333
- Mohammadifar, Yaghoub; Motarjem, Abbass, "Settlement continuity in Kurdistan", Antiquity, 82 (317), 2008, ISSN 0003-598X, 2016-03-22 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-06-22
- Naval Intelligence Division, Iraq and the Persian Gulf, Geographical Handbook Series, 1944, OCLC 1077604
- Nováček, Karel; Chabr, Tomáš; Filipský, David; Janiček, Libor; Pavelka, Karel; Šída, Petr; Trefný, Martin; Vařeka, Pavel, "Research of the Arbil Citadel, Iraqi Kurdistan, First Season", Památky Archeologické, 99, 2008: 259–302, ISSN 0031-0506, 2021-06-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-06-22
- Oates, David, Studies in the Ancient History of Northern Iraq, London: British School of Archaeology in Iraq, 2005, ISBN 0-903472-19-8
- Shahin, Mamdouh, Water Resources and Hydrometeorology of the Arab Region, Dordrecht: Springer, 2007, Bibcode:2007wrha.book.....S, ISBN 978-1-4020-5414-3
- Sharon, Moshe, Black banners from the East, The Max Schloessinger memorial series, Jerusalem: Hebrew University, 1983, OCLC 65852180
- Solecki, Ralph S., Shanidar Cave // Meyers, Eric M. (redaktor), The Oxford Encyclopedia of Archaeology in the Ancient Near East, 5, New York: Oxford University Press, 1997, 15–16, ISBN 0-19-506512-3
- Solecki, Ralph S., "The Bekhme Dam Project in Kurdistan Iraq. A Threat to the Archaeology of the Upper Zagros River Valley", International Journal of Kurdish Studies, 19 (1/2), 2005: 161–224, ISSN 1073-6697
- US Air Force Combat Climatology Center, Climate of Iraq, NOAA, 2009, 2016-01-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 iyun 2022
- van de Mieroop, Marc, A History of the Ancient Near East, ca. 3000–323 BC. Second Edition, Blackwell History of the Ancient World, Malden: Blackwell, 2007, ISBN 978-1-4051-4911-2
- Villard, Pierre, Arbèles // Joannès, Francis (redaktor), Dictionnaire de la civilisation mésopotamienne, Bouquins (fransız), Paris: Robert Laffont, 2001, 68–69, ISBN 978-2-221-09207-1
- Wright, Herbert E. "Pleistocene glaciation in Iraq". Developments in Quaternary Science. Developments in Quaternary Sciences. 3 (2). 2007: 215–216. doi:10.1016/S1571-0866(04)80126-X. ISBN 9780444515933.