Bəkir Vahab
Bəkir Vahab | |
---|---|
krımtat. Bekir Vaap | |
Doğum tarixi | 17 aprel 1915 |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü[1][2].
Həyatı
[redaktə | mənbəni redaktə et]Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib[1][2].
1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb[1].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Бекир Ваап (1915 – 1944)" (rus). gasprinskylibrary.ru. 13.09.2016. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
- ↑ 1 2 Заррина Ваапова. "«Недописанные стихи» Бекира Ваапа / Bəkir Vahabın "Yazılmamış şeirləri"" (rus). crimeantatars.club. 17.04.2020. 31.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.