Bağbanlar (Biləsuvar)
Bağbanlar | |
---|---|
39°29′19″ şm. e. 48°33′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1312[2] |
Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır.[5]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir.[6]
Tarixi
[redaktə | vikimətni redaktə et]Tarixi abidələri
[redaktə | vikimətni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir. Aranlı, Çinarlı, Zəhmətabad, Əliabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 3452 | 1580 | 1872 |
2009[8] | ↗3992 | ↗1930 | ↗2062 |
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənddə 980 təsərrüfat var.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kənddə Bağbanlar kənd kitabxana filialı,[9] Bağbanlar kənd Mədəniyyət Evi,[10] Bağbanlar Poçt Şöbəsi (AZ1312) və Bağbanlar EATS[11] fəaliyyət göstərir.
Təhsil
[redaktə | vikimətni redaktə et]Kənddə Bağbanlar kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Din
[redaktə | vikimətni redaktə et]Kənddə 1993-cü ildə inşa edilmiş Bağbanlar kənd məscidi yerləşir.[14]
Səhiyyə
[redaktə | vikimətni redaktə et]Kənddə Bağbanlar kənd həkim məntəqəsi yerləşir.[15]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
- ↑ Bağbanlar (Biləsuvar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 73. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 78.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 99" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-05.
- ↑ "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.