Balık Bişməse rayonu
Balık Bişməse rayonu | |
---|---|
55°32′ şm. e. 50°20′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 14 fevral 1927, 12 yanvar 1965 |
Ləğv edilib | 4 yanvar 1963 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir. 12 yanvar 1965-ci ildə Balık Bişməse rayonu yenidən qurulur.
Əhali
[redaktə | vikimətni redaktə et]- Urbanizasiya
Şəhər şəraitində (Balık Bişməs şəhəri) rayon əhalisinin 30,62% -i yaşayır.
Yerli özünü idarəetmə
[redaktə | vikimətni redaktə et]Balık Bişməse rayonu ərazisinə 1 şəhər və 26 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 78 yaşayış məntəqəsi daxildir[2].
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Ərazidə yazlıq buğda, qışlıq çovdar, arpa, yulaf, kartof becərilir. Heyvandarlığın əsas sahələri ətlik və südlük heyvandarlıq, qoyunçuluq, arıçılıqdır.
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]Minulla Sunqatoviç Qizatulin (1925-1993) - Sovet İttifaqı Qəhrəmanı.
Alexandr Timofeeviç Serqeyev (1916-1979) - Sovet İttifaqı Qəhrəmanı.
Zakiy Şaymardanoviç Şaymardanov (1923-1967) - Sovet İttifaqı Qəhrəmanı.
Rüstəm Nurqaliyeviç Minnixanov - Tatarıstan Respublikasının ikinci prezidenti.
Fanis Sahibutdinoviç Musin – 10 sentyabr 1959-cu ildə, Kazan Vaxitovski rayon məhkəməsinin keçmiş sədri
Rinnat Qaleyeviç Nurullin (1954) - şair, Tatarıstan Respublikasının əməkdar ixtiraçısı, texnika elmləri namizədi.
Ravil Qabdraxmanoviç Fayzullin (1943) - şair və peşəkar yazıçı, Tatarıstanın xalq şairi, Rusiya Sovet Sosialist respublikasının əməkdar artisti, Q. Tukay adına Dövlət Mükafatı laureatı. M. Cəlil adına mükafatın sahibi.
Damir Hasanoviç Fəthutdinov (1923-1991) - geoloq, SSRİ Dövlət Mükafatı laureatı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Закон Республики Татарстан от 31 января 2005 года № 37-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Рыбно-Слободский муниципальный район" и муниципальных образований в его составе»". 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.