Bayern 1

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bayern 1
Loqonun şəkli
Ölkə  Almaniya
Şüar Bavariya üçün ən yaxşı musiqi ! (alm. Die beste Musik für Bayern !‎)
Mənim Bavariyam 1 (alm. Mein Bayern 1‎)
Yayım ərazisi Bavariya
Başlama tarixi 31 yanvar 1948-ci il
Sahibi Bavariya radioyayımı
Sayt br-online.de/bayern1/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayern 1 (alm. Bavariya 1‎) — Alman ictimai radiostansiyası. Bavariya radioyayımına daxil olmaqla, buranın ən populyar radiostansiyasıdır.

1924-cü ildə orta dalğalarda Deutsche Stunde in Bayern adlı xüsusi radiostansiya buraxıldı.1925-ci ildə bu radiostansiya milliləşdirildi, 1931-ci ildə adı "Bayerischer Rundfunk"a dəyişdirildi. 1932-ci ildə isə tamamilə milliləşərək, 1934-cü ildə Reichsrundfunk adlı dövlət radiokompaniyasına daxil olmuş və adı "Reichssender München"ə dəyişdirilmişdi. 1945-ci ildə isə yayım dayandırıldı.

1945-ci ildə Amerika hərbi administrasiyası orta dalğalarla əvvəlcə American Forces Network adlı ingilisdilli radiostansiyasını, daha sonra isə Bavariyada 31 yanvar 1948-ci ildə sonuncu buraxılışı olan Radio München adlı stansiyanı yayımladı. Tarixən Bavariya radiosu "Bavar radioyayımı" və "tam proqram" adlı radioproqramlara bölünürdü. 1 yanvar 1974-cü ildə proqramlar ümumi şəkildə "Bayern 1" radiostansiyanın adı altında birləşdirildi. Auditoriyanın qalan hissəsini isə onlarçün "Oldiebased AC" adlı musiqi proqrammı yayımlanan yaşlı nəslin nümayəndələri təşkil edirdi.

1996-cı ilə qədər musiqixalq mahnıları, əsasən, alman dilində, lakin sonraki vaxtlarda radioda mahnılar da başqa dillərdədə yayımlanmağa başlandı. "Həyatın mərkəzində" proqramının (alm. "In der Mitte des Lebens"‎) daxili sorğularına əsasən, radio dinləyicilərin əksəriyyəti 1970 və 80-ci illərin mahnılarını üstün tuturdular. Hər gün retropop musiqisi təxminən 1,9 milyon radio dinləyicisi tərəfindən dinlənilir.

Yayım şəbəkəsi

[redaktə | vikimətni redaktə et]

6 regional administrasiya rayonlarında gündəlik "Regional xəbərlər" adlı proqram — 12:00-dan 13:00-a qədər Münhendə, Frankoniyada, Yuxarı Bavariyada, Şərqi Bavariyada, ŞvabiyadaMərkəzi Frankoniyada yayımlanır. Hər gecə SR 3 Saarlandwelle radiostansiyası ilə ARD-Hitnacht radioproqramı, bazar günlərində isə bu vaxtı "Gecənin ritmi" (alm. Rhythmus der Nacht‎) yayımlanır. Saat 4-də isə ARD-Hitnacht WDR 4 — lə səslənir. Gün ərzində 19 saat milli musiqi yayımlanır. 2013-cü ilin yanvar ayından Bayern 1 radiostansiyasında Bayern plus və BR-klassik proqramlarıda yayımlanır. Şənbə günləri saat 15:00-da futbol yarışmalarını canlı efirdən birbaşa yayımlayan "Bu gün stadionda" (alm. Heute im Stadion‎) adlı idman proqramı verilir. Bazar günləri 12:00-dan 14:00-a qədər məşhurluğu ilə tanınan "Mavi divan" (alm. «Die Blaue Couch»‎) adlı proqram yayımlanır.

Yayım ultrasəs dalğalar formatında, rəqəmsal və kabel video yayım formatında yayımlanır. Cənubi Afrika operatoru Deukom sayəsində İnternetdə yayımlanır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]