Ben İks (film, 2007)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ben İks
ing. Ben X
Janr dram
Əsas mövzu intihar, Asperger sindromu
Rejissor Nik Baltazar
Prodüserlər Peter Boukert
Berni Bos
Erni Privoost
Mixiel de Rooy
Səbinə Veenendaal
Əsərin müəllifi Nik Baltazar
Ssenari müəllifi Nik Baltazar
Baş rollarda Qreq Timmermans
Laura Verlinder
Marike Pinoy
Operator Lu Berqmans
Bəstəkar Praga Khan
İstehsalçılar Film Movement LLC
Summit Entertainment
Alliance Films
İlk baxış tarixi 26 sentyabr 2007 (Belçika)
8 noyabr 2007 (Niderland)
Filmin növü bədii film
Müddət 93 dəqiqə
Büdcə 1,5 milyon
Gəlir 2,7 milyon $
Ölkələr Belçika Belçika
Niderland Niderland
Dillər flamand dialektləri
niderland
İl 2007
Rəng rəngli
Çəkiliş yeri Brügge
IMDb ID0953318

Ben İks (ing. Ben X) — 2007-ci ildə çəkilən, BelçikaHollandiyanın istehsalı olan film.

2007-ci il istehsalı olan filmin rejissoru Nik Baltazardır. Filmin ssenarisi elə rejissorun "Nothing Was All He Said" romanı əsasında ekranlaşdırılmışdır. Rejissor müsahibələrindən birində qeyd edib ki, romanı real hadisələrə əsaslanaraq yazıb. Mükafat sarıdan kasad olsa da, film çox uğurlu alınıb. Qeyd edim ki, bu rejissor kimi Nikin ilk və hələ ki uzun metrajlı film kimi tək işidir.

"Ben X" psixoloji yüklü çox ağır bir filmdir. Film Ben adlı autizm xəstəsi olan bir oğlanın başına gələnlərdən bəhs edir. O ətrafındakı həmyaşıdlarından çox seçilir. Həddindən çox özünə qapalı biridi. Elə bu da onu ətrafındakılardan fərqləndirir. Həyatının çox hissəsini "Ben X" niki ilə qeydiyyatda olduğu "ArchLord" adlı onlayn oyunu oynamaqla keçirir. Həyatında ona ən yaxın olan biri oyunda onunla birgə iştirak edən, realda heç vaxt görmədiyi Skarlet adlı bir qızdır. Ben həddən artıq bu oyuna qapılır. Hətta real həyatı da oyunun bir hissəsiymiş kimi təsəvvür edir. Artıq hər kəsdən bezib. Hər günü eyni səhərlə açdığı anasından, böyük qardaşlıq etməyə məcbur olduğu balaca qardaşından, heç vaxt ona lazımi anlarda nə məsləhət verəcəyini bilməyən atasından.

Ben "Archlord"da ən güclü, sayılıb seçilən oyunçulardan biridir. Lakin real həyatında heç də belə biri deyil. Belə olmağa özünü məcbur etsə də autizm xəstəsi olduğundan bu ona istədiyi kimi olmağa imkan vermir. Məktəbdə hər kəs ona lağ edir, onu ələ salır, heç kim dostluq etmir. Ən çox onu narahat edən isə məktəbin Desmet və Boqert adlı ən avara uşaqlarıdı. Hər dəfə ona qarşı sərt hərəkət etsələr də, iyrənc zarafatları ilə Beni bezdirsələr də Ben həmişə susur. O heç kimi dinləmir, heç kimlə danışmırdı. Artıq hər şeydən cana doymuşdu. Və o ölmək istəyirdi.

Valideynləri uşaqlıqdan onun digərlərindən fərqli biri olduğunu anlamışdılar. Buna görə də onu bir çox psixoloq, həkim yanına aparmışdılar. Ben əqli cəhətdən heç kimdən geri qalmırdı. Əksinə onun hər kəsdən üstün zəkası var idi. Amma özü ola bilmirdi. İstədiyi kimi biri olmaq?! Bunun üçün addım ata bilməyəcək qədər qorxaq, cəsarətsiz biri idi, "Ben X" kimi virtual dünyada çox güclü biri olsa da. Amma hər şey bir gün dəyişir. Skarletin onunla görüşmək istəməsindən sonra hər şey dəyişir.

Filmdə baş verən hadisələr o qədər də real həyatınızda gördüklərinizdən fərqlənmir. Hər yerdə "Ben" kimi insanlar var. Bəlkə elə siz də onlardan birisiniz və ya əksinə onun kimiləri qəbul etməyib uzaqlaşanlardan, yaxud Desmet və Boqert kimi belə insanları alçaldanlardan. Fərq etmir siz bu personajlardan hansına bənzəyirsiniz. Çünki bu filmdə hamının dərs götürə biləcəyi şeylər var.