Boris Blaxer
Boris Blaxer | |
---|---|
ing. Boris Blacher | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çin, Nü-Çan |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Berlin |
Vətəndaşlığı | alman |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pedaqoq |
Janr | opera |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Blaxer (ing. Boris Blacher) (19.1.1903, Çin, Nü-Çan – 30.1.1975, Berlin) — alman bəstəkarı, pedaqoq.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İlk musiqi təhsilini Xarbin və İrkutskda almışdır. F. E. Koxun tələbəsi (1922–26, Berlin) olmuş, musiqi nəzəriyyəsi fənlərini Berlin Universitetində öyrənmişdir (1927–31). 1938–39-cu illərdə Drezden konservatoriyasında dərs demişdir. Qərbi Berlin Ali Musiqi Məktəbinin professoru (1948-ci ildən) və direktoru (1953–70) vəzifəsində işləmiş, Qərbi Berlin İncəsənət Akademiyasının prezidenti (1968–71) olmuşdur. Blaxerin ilk instrumental əsərlərində İ. F. Stravinskinin təsiri hiss olunur. "Orkestr üçün konsert musiqisi" əsərində (1937) caz stilistikasını tətbiq etmişdir. Orkestrə və polifonik texnikaya dərindən bələd olan Braxerə Paqanini mövzusunda yazdığı orkestr variasiyaları (1947) dünya şöhrəti qazandırmışdır.
1940-cı illərin sonundan 12 tonlu kompozisiya metodundan istifadə etmiş, özünün "dəyişən vəzn" (variable Metren) yaradıcılıq texnikasını işləyib hazırlamışdır. Fortepiaono üçün "Ornamentlər" (1950), F. Kafkanın xatirəsinə simli kvartet üçün "Epitafiya" (1951), fortepiano ilə orkestr üçün 2 №-li konsert (1952) və s. bu texnika ilə yazılmışdır. 1960-cı illərdə elektron musiqi ilə aktiv eksperimentlər həyata keçirmişdir ("Maqnitofon lenti üçün elektron skerso", 1965; "Ariadna" – 2 qiraətçi və elektrik alətləri üçün "duo — dram", 1971). Digər əsərləri arasında operalar (o cümlədən "Knyaz qızı Tarakanova", tamaşası 1941, Vuppertal), baletlər, oratoriyalar (o cümlədən "Böyük inkvizitor", F. M. Dostoyevskinin "Karamazov qardaşları" romanı üzrə L. Borxardtın librettosu, tamaşası 1947, Berlin) və s. var. Ciddi polifoniya üslubu dərsliyinin ("Einführunq in den strengen Satz", 1953) müəllifidir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 187. ISBN 978-9952-441-03-1.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 19 yanvarda doğulanlar
- 1903-cü ildə doğulanlar
- 72 yaşında vəfat edənlər
- 30 yanvarda vəfat edənlər
- 1975-ci ildə vəfat edənlər
- ADR İncəsənət Akademiyasının üzvləri
- Bavariya İncəsənət Akademiyasının üzvləri
- "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları
- Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Alman bəstəkarlar