Borisov Arena
Borisov Arena | |
---|---|
Yeri | Borisov, Belarus |
Təməli qoyulub | 2011 |
Tikilib | 2014 |
Açılış tarixi | 2014 |
Memar | "OFIS Architects"[1] |
Sahibi | BATE Borisov FK |
Tamaşaçı tutumu | 13.126[2] |
Ev sahibi komanda |
BATE Borisov FK (2014-h.h.) Belarus milli futbol komandası |
Meydançanın ölçüləri | 105 x 68 m |
Ot örtüyü | təbii |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Borisov Arena (belar. Барысаў-Арэна) — Belarusun Borisov şəhərində yerləşən UEFA-nın 4 ulduzlu futbol stadionu. Stadionda BATE Borisov FK və Belarus milli futbol komandası ev oyunlarını burada keçirir. Stadionun tamaşaçı tutumu 13.126[3][4] nəfərdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Borisov Arenanın inşaasına 2011-ci ildə başlanılmış və 2014-cü ildə tamamlanmışdır. Tikintisinə 40.000.000 € sərf olunmuşdur. Bu stadiondakı ilk oyun 3 may 2014-cü ildə keçirilən Belarus kubokunun finalı olmuşdur. Neman Qrodno FK və Şaxtyor Soliqorsk FK komandaları arasında baş tutmuş oyunda ikinci tərəf 1:0 qələbə qazanmışdır. Stadionda ilk qolu 11.000 tamaşaçının önündə yarımmüdafiəçi Artem Starqorodski atmışdır. Stadionda tamaşaçı rekordu isə 21 oktyabr 2014-cü ildə "Şaxtyor" (Donestk) — BATE (Borisov) oyununda qeydə alınmışdır. (12.113)[5]
Beynəlxalq görüşlər
[redaktə | mənbəni redaktə et]Belarus milli futbol komandası burada ilk oyununu yoldaşlıq oyunu çərçivəsində 4 sentyabr 2014-cü ildə Tacikistan milli futbol komandasına qarşı keçirmiş və 6:1 qalib gəlmişdir.[6] Stadionda ilk rəsmi oyun isə futbol üzrə Avropa çempionatı 2016-ın seçmə mərhələsi çərçivəsində 10.512 tamaşaçı önündə 9 oktyabr 2014-cü ildə Belarus və Ukrayna (0:2) arasında keçirilmiş oyundur.[7]
Beynəlxalq oyunların siyahısı
[redaktə | mənbəni redaktə et]# | Tarix | Rəqib | Nəticə | Tamaşaçı | Müsabiqə |
---|---|---|---|---|---|
1. | 4 sentyabr 2014 | Tacikistan | 6–1 | Yoldaşlıq | |
2. | 9 oktyabr 2014 | Ukrayna | 0–2 | 10,512[7] | Avropa çempionatı 2016-ın seçmə mərhələsi |
3. | 12 oktyabr 2014 | Slovakiya | 1–3 | Avropa çempionatı 2016-ın seçmə mərhələsi | |
4. | 18 noyabr 2014 | Meksika | 3–2 | Yoldaşlıq | |
15 iyun 2015 | İspaniya | Avropa çempionatı 2016-ın seçmə mərhələsi | |||
8 sentyabr 2015 | Lüksemburq | Avropa çempionatı 2016-ın seçmə mərhələsi | |||
12 oktyabr 2015 | Makedoniya | Avropa çempionatı 2016-ın seçmə mərhələsi |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Stadionun bir tribunası
-
BATE Borisov-Dinamo Minsk arasında oyun 5 may, 2014
-
Belarus-Ukrayna oyunu 9 oktyabr, 2014
-
Stadionun gecə görüntüsü (oktyabr, 2014)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2015-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt (ru) Arxivləşdirilib 2015-03-17 at the Wayback Machine
- Rəsmi sayt (en)