Boulinq
Boulinq (ing. Bowling) — oyun xəttinin sonundakı kukaları, bu oyun üçün xüsusi olaraq hazırlanmış boulinq topları ilə aşırtma məqsədi daşıyan salon idmanı.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Misirdə edilən qazıntılarda boulinq idmanının köklərinin e.ə 5000-ci illərə qədər uzandığına dair tapıntılar çıxarılmışdır. Mənşələri eramızdan əvvələ qədər uzanan bu idmana, idman olmanın xaricində mənalar da yükləndiyi görülür; məsələn III və IV əsrlərdə, bu idmanda yaxşı olmaq kilsə tərəfindən "günahlarından daha çox təmizlənmiş olmaq" mənasını verirdi. Təşkil edilən oyunlarda kuklalar işlənmiş günahları təmsil edir və aşan hər kukla ilə günahlardan təmizlənilmə inancı daşınırdı.
İndiki vaxtda
[redaktə | mənbəni redaktə et]Boulinq idmanının Dünya Boulinq Federasiyasının (WTBA), Beynəlxalq Boulinq Federasiyası (FIQ), Avropa Boulinq Federasiyası (ETBF) tərəfindən təyin olunmuş oyun tipləri vardır. 9 pin və 10 pin şəklində 2 növə ayrılır. Məqsədi uzunluğu 18,288 m (faul xəttindən 1-ci pinə qədər olan məsafə) olan "lane" adı verilən xətlərin irəlisinə qoyulmuş pinləri aşırtmaqdır.
Bal vermə
[redaktə | mənbəni redaktə et]Boulinq oyununda, hər oyun üçün 10 freym olur. Oyunçu ilk 9 freymdə strayk etmədiyi vəziyyətlər üçün 2 atış istifadə edir, sonuncu freymdə strayk ya da spare etməsi vəziyyətində artıqdan bir atış haqqı daha qazanır. Oyunçunun bir oyunda toplaya biləcəyi ən yüksək bal 300-dür.
Strayk
[redaktə | mənbəni redaktə et]Simvolu "x"dir. Xəttin sonundakı bütün pinlərin freyminin ilk atışında aşmasına deyilir. Bütün pinlər aşdığı üçün freymnin ikinci atışı edilməz. Alınan bal, sonrakı iki atışda aşan pin sayı və strayk da aşmış pin sayı toplanaraq hesablanar və freymə yazılır. Üst üstə 3 dəfə strayk etmək "turkey" , 2 dəfə üst üstə etmək "double" adını almaqda 4-cü və sonrakı üst-üstə strayklər üçün "four en bagger" "five en bagger" şəklində getməkdədir.
Spare
[redaktə | mənbəni redaktə et]Simvolu "/"dir. Xətt sonundakı bütün pinlərin ikinci atışda aşmasına deyilər. Alınacaq bal, bu 10 pin və izləyən atışda atışda aşan pin sayı toplanaraq hesablanır və yazılır.
Split
[redaktə | mənbəni redaktə et]Birinci kukanın aşmış olması vəziyyətində, bir-biriylə əlaqəsi qalmamış (aralarındakı kuka aşmış) iki və ya daha çox kukanın ayaqda qalması hadisəsidir. Split, bal cədvəlində aşan pin sayının düzbucaqlı və ya dairə içinə alınmasıyla göstərilir.