Cambattist Viko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cambattista Viko
it. Giambattista Vico
Doğum tarixi 23 iyun 1668(1668-06-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1744(1744-01-23)[1][2][…] (75 yaşında)
Vəfat yeri
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cambattist Viko (it. Giambattista Vico; 23 iyun 1668[1][2][…], Neapol, Napoli Krallığı23 yanvar 1744[1][2][…], Neapol, Napoli Krallığı) — İtalyan filosofu.

Onun Millətlərin ümumi təbiəti barədə yeni elmin əsasları (Principi di scienza nuova, 1725) adlanan başlıca əsəri anlaşılmaq üçün çətindir və onun sağlığında az məşhur idi. Lakin bu əsərin əsas ideyası sadədir. Vikoya görə, biz yalnız özümüzün yaratdıqları barədə aydın və etibarlı biliyə malik ola bilərik . Viko hər şeydən öncə cəmiyyəti və tarixi və həmçinin də cəmiyyəti konstruksiya edən bütün institutları və qanunları (ordinances) nəzərdə tutmuşdur. İnsan tərəfindən yaradılan Tanrı tərəfindən yaradılandan, yəni təbiətdən kəskin surətdə fərqlənir. Belə ki, təbiət insanlar tərəfindən deyil, Tanrı tərəfindən yaradılmışdır, onda onu yalnız Tanrı tamamilə və sona qədər anlamaq iqtidarındadır. Biz təbii prosesləri təsvir edə və aydınlaşdıra bilərik ki, fiziki hadisələr eksperimental situasiyalarda özlərini necə aparırlar, amma heç bir zaman o barədə bilik ala bilmərik ki, təbiət özünü başqa cür deyil, nə üçün məhz belə aparır. İnsanlar təbiəti yalnız "kənardan", "müşahidəçi mövqeyindən" dərk edə bilərlər. Biz heç bir zaman Tanrının edə bildiyi kimi edə bilmərik, təbiəti "içəridən" tuta bilmərik. Bizim üçün tamamilə anlaşıqlı və intelligibel olan yalnız o şeylərdir ki, onları biz "içəridən" başa düşürük, o şərtlə ki, onların yaradıcısı insandır . Beləliklə, nəyin insan tərəfindən yaradılması, nəyin isə təbiət tərəfindən verilməsi arasındakı fərq Viko üçün mühüm epistemoloji nəticəyə malikdir.

Vikonun əsas ideyası bir necə nəticəyə malikdir. Əvvəla, Yeni elmin əsasları kartezianlığa korrektivlər gətirir. Dekart təsdiq edirdi ki, humanitar tədqiqatlar bizə etibarlı bilik verə bilmir. Romanın ictimai həyatının tədqiqini nəzərdə tutaraq, Dekart kinayə ilə soruşurdu ki, biz Siseronun xidmətçisinə məlum olandan daha çox şey bilə bilərikmi? Viko, göründüyü kimi, əks nöqteyi-nəzəri dəstəkləyir. Biz etibarlı biliyə yalnız o elmlərdə malik ola bilərik ki, onların tədqiqat obyektləri müəyyən mənada insan tərəfindən yaradılmışdır. Bu, hesaba, həndəsəyə (onlarda biz tərifləri, aksiomları və nəticə çıxarma qaydalarını "yaradırıq") və tarixə aiddir. Təbiətşünaslıqda biz heç bir zaman oxşar etibarlılıq dərəcəsinə nail ola bilmərik.

İkincisi, Viko elmin fəlsəfəsində humanitar və təbii elmlərin qarşılıqlı əlaqəsi ilə bağlı müasir mübahisələri qabaqcadan sezmişdi. Onlar arasındakı fərq, Viko deyir ki, yalnız onların metodları ilə deyil, həm də idrakın subyekti ilə idrakın obyekti arasında onlara xas olan münasibət tipləri ilə bağlıdır. Viko üçün, cəmiyyət, mədəniyyət və tarix insani ruhun məhsullarıdır . Beləliklə, "yeni elmdə" tədqiqatçı cəmiyyəti və mədəniyyəti insani niyyətlərin, arzuların və motivlərin ifadəsi kimi anlamağa səy edir. Humanitar elmlərdə biz subyektin və obyektin kartezian fərqləndirilməsi ilə rastlaşmırıq. İdrakın obyektinin özü onlarda subyektdir (insanlar və onlar tərəfindən yaradılan cəmiyyət). Humanitar elmlərdə tədqiqatçı başqa insanların həyatında və fəaliyyətində müəyyən mənada şəxsən "iştirak edir". Əksinə, təbiətə münasibətdə o, həmişə "müşahidəçi" mövqeyindədir. Bu hal humanitar və təbii elmlərin metodları arasındakı fərqi şərtləndirir.

  1. 1 2 3 4 Chaix-Ruy J. Giambattista Vico // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Giovanni Battista (Giambattista) Vico // Brockhauz Ensiklopediyası (alm.).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]