Cami məscidi (Saray)
Naviqasiyaya keç
Axtarışa keç
Cami məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Abşeron rayonu |
Tikilmə tarixi | XIX əsr |
Material | Mişar daşı |
Vəziyyəti | Yaxşı |
Cami məscidi[1] — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi[2]. Cami məscidi XIX əsrdə Hacı Bədəl və kənd sakinləri tərəfindən tikilmişdir. Məscid dövlət qeydiyyatından keçmişdir. Yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4023).
Tikili
[redaktə | vikimətni redaktə et]Binası dördbucaqlı formaya malikdir. Sahəsi 320 m² olan məsciddə eyni zamanda 450 nəfər namaz qıla bilər. Mişar daşı ilə inşa edilmiş binanın bəzi hissələri aqlay daşla üzlənmişdir. Mərkəzi hissədə gümbəzi vardır. Məscid böyük həyətyanı sahəyə və yardımçı tikililərə sahibdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ scwra.gov.az/structure/238/?Saray%20qəsəbəsi,%20"Cami"%20məscidi
- ↑ "Saray qəsəbəsi haqqinda". 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.