Ceyhun Bayramov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ceyhun Bayramov | |
---|---|
Vəzifədədir | |
16 iyul 2020-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Elmar Məmmədyarov |
23 aprel 2018 – 16 iyul 2020 | |
(i. e. 8 dekabr 2017 – 23 aprel 2018) | |
Prezident | İlham Əliyev |
Baş nazir | Novruz Məmmədov Əli Əsədov |
Əvvəlki | Mikayıl Cabbarov |
Sonrakı | Emin Əmrullayev |
12 avqust 2013 – 23 aprel 2018 | |
Nazir | Mikayıl Cabbarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1973 (51 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyhun Əziz oğlu Bayramov (25 iyun 1973, Bakı) — Azərbaycan diplomatı və dövlət xadimi, Azərbaycan Respublikasının xarici işlər naziri (2020-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2018–2020).
Həyatı
[redaktə | vikimətni redaktə et]Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.
2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.
Evlidir, 2 övladı var.
Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Prezidentdən nazirin qardaşı ilə bağlı QƏRAR". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.