39°44′30″ şm. e. 46°44′57″ ş. u.HGYO

Daşaltı

Vikipediya, azad ensiklopediya
(Daşaltı (Şuşa) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Daşaltı
39°44′30″ şm. e. 46°44′57″ ş. u.HGYO
Ölkə
Region Şuşa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.300 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 570 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Daşaltı xəritədə
Daşaltı
Daşaltı
Daşaltı xəritədə
Daşaltı
Daşaltı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DaşaltıAzərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.[3]

Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur. Kənd XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın Zəngəzur qəzasının Düzəburd kəndindən gəlmiş azərbaycanlı və erməni ailələri Şuşa qalasının cənub divarlarının ətəyindəki dərədə, Daşaltı ("qayaaltı" mənasında) adlanan yerdə məskunlaşdırması nəticəsində yaranmışdı. Kənd yerləşdiyi ərazinin adını daşıyır.[4]

Daşaltı Şuşa qalasının cənub divarının ətəyində dərənin adıdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
  3. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
  4. Daşaltı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]