Diagenez
Bu məqalə qaralama halındadır. |
Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenez və metagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir.
Diagenezin geokimyası
[redaktə | mənbəni redaktə et]Diagenezin geokimyası formalaşmaqda olan çöküntü süxurlarda kimyəvi elementlərin miqrasion prosesləri (o cümlədən səpələnmə və konsentrasiya). Erkən və gec diagenez mərhələləri üçün bu proseslər müxtəlif olur. Diagenezin erkən mərhələsində geokimyəvi proseslər əsasən hipergen tipli olub oksidləşmə proseslərinin üstünlük təşkil etməsi, həll olma və yenidən kristallaşma, su axını təsirindən maddələrin yerdəyişməsi, həmçinin dibyanı makro- və mikroorqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan müxtəlif dəyişilmələrlə səciyyələnir. Diagenezin gec mərhələsində kimyəvi elementlərin miqrasiyasının əsas şərti sərbəst oksigenin itməsidir. Bu zaman oksigen parçalanan üzvi maddələrin oksidləşməsinə, Elektrik hərəkəti qiymətini mənfi 500 mV qədər azalması ilə bərpaedici mühitin inkişafına sərf olunur. Belə şəraitdə kəskin oksidləşmiş elementlər bərpa olunur (sulfatların kükürdü, üçvalentli dəmir, dördvalentli Mn və b.) və bir sıra yeni elementlər əmələ gəlir. Bu birləşmələr üzvi maddələrin parçalanma məhsulları ilə birlikdə hipergen mühitdən köklü surətdə fərqlənən geokimyəvi mühit yaradırlar. Elementlərin miqrasiyasının konkret gedişi ilkin çöküntüdən asılıdır (üzvi maddələrin və sulfatların miqdarı, yuyulub çıxarıla biləcək kationların tərkibi və miqdarı və b.). Diagenez mərhələsində daha çox müxtəlif sulfidlər, habelə Fe, Ca, Mg, Mn və b. karbonatları əmələ gəlir.
Diagenetik yataq
[redaktə | mənbəni redaktə et]Diagenetik yataq sənaye əhəmiyyətli filizləri diagenez mərhələsində yaranan çökmə mənşəli yataqlardır (Cu, Pb, Zn, və b. stratiform yataqlar). Bu mərhələdə çöküntülərdə reaksiya qabiliyyətli maddələr həll olaraq lilləri zənginləşdirir və qələvi-reduksiya mühitinə davamlı autigen minerallar toplanır. Diagenez zamanı çöküntülərdə metalların miqdarının artması onların qrunt məhlullarından aktiv komponentlər vasitəsilə desorbsiyası və dib sularından metal duzlarının diffuziyası hesabına baş verir. Diagenetik yataq əmələ gəlməsi üçün mühum şərtlərdən biri də metalların miqdarının çöküntülərdə az, dib sularında isə çox olmasıdır. Sideritin və şamozitin diagenetik yataqları rodoxrozit, rodonit və oliqonit kimi manqan filizləri, fosforit konkresiyaları, mis, qurğuşun və sinkin çökmə-pürüz və nazik damar tipli yataqları diagenetik yatağa aiddir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.