Dilbər Axundzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dilbər Axundzadə
Doğum tarixi 29 may 1914(1914-05-29)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 1990(1990-10-21) (76 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Təhsili

Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı.[1]

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır.[1] Salam Salamzadə onun rəsm müəllimi olmuşdur.[2]

O, gəncliyində Gəncə Şəhər Sovetinin,[3] və 1934-cü ildə[4] Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.[5]

Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir.[1]

Həbsi və azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Mikayıl Müşfiq və Dilbər Axundzadə

Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.[6]

Sonrakı illəri

[redaktə | mənbəni redaktə et]

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır.

Dilbər Axundzadə daha sonra dini nikahla yenidən evlənmiş və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı olmuşdur. Oğlu 60 yaşında ölmüşdür.[1]

Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.[1]

  • "Müşfiqli günlərim" Bakı-1968.

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[7][8]. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.[9]

  1. 1 2 3 4 5 "Dilbər Axundzadənin qızı sirləri açdı…". teleqraf.com. 2021-01-16 tarixində arxivləşdirilib.
  2. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 145.
  3. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 85.
  4. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 130.
  5. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 126.
  6. "İsmayılzadə-Axundzadə Dilbər". 2008-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-12.
  7. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  8. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  9. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]