33°51′07″ şm. e. 132°47′11″ ş. u.HGYO

Doqo onseni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Doqo onsen" isti bulaqları (əsas bina)

Doqo Onsenı (道後温泉?)Ehime prefekturasının Matsuyama şəhərində yerləşən isti bulaqlar.

Botçanın otağı

Doqo onseni Yaponiyadaki tarixi 1000 ildən çox olan ən qədim onsenlarından biridir. Bulaqlar "Manyoşu" (759-cu ildə yazılıb) və "Şahzadə Şötoku" əfsanəsində (574–622) qeyd olunmuşdu.

Doqo Onseni yazıçı Natsume Sosekinin (1867–1916) onun Matsuyamada müəllim işlədiyi vaxtlarda ən sevimli yerlərindən biri idi. Sosekinin avtobioqrafik novelası Botçanın baş qəhrəmanı bu onsenə tez-tez ziyarət edir.

Müasir hayku şairi Masaoka Şiki (1867–1902), Matsuo Basyonun (1644–1694) tənqidçisi Doqo onsenının rezidenti olub. Onun was a resident of Dōgo Onsen. onun poemaları şəhərin çoxlu yerlərində yaxşı görmək olar.

Onsenın hal-hazırkı binası Doqo Yunomaçi şəhərinin meri İsaniva Yukiyanın təşəbbüsü ilə 1894-cü ildə tikilib. Maksimal tutmluğu üçün üçmərtəbəli tikilən bina bu günə kimi populyarlığını itirmir və axşam vaxtları pik saatlarında boş olmur.

Doqo böyüyən Matsuyamaya daxil olsa da, onsenin ətrafında dünyanın bütün ölkələrindən olan yukatalı turistlər onu kurort şəhərinə oxşadır. Doqoya mərkəzi Matsuyamadan tramvayla, avtobusla, hava və dəniz limanları ilə çatmaq olar.

"Yuşinden" əsas binanın şərqi tərəfində yerləşən və xüsusən İmperator ailəsi üçün saxlanılan olunan hamam otağıdır. Adı Çin ədəbiyyatınını incisindən götürülüb. Yuşinden 1899-cu ildə Momoyama dövrünün ənənəvi üslubunda tikilib. "Gyokuza no Ma" isə yalnız İmperatorun istifadə etdiyi otaqdır.[1]

Doqo onseninin əfsanələri

[redaktə | mənbəni redaktə et]

Doqoda iki əfsanə nəsildən nəsilə söylənilir.

Ağ vağ əfsanəsi

[redaktə | mənbəni redaktə et]

Əvvəllər Doqoda çoxlu ağ vağlar yaşayırdı. Günlərin bir günü bir baldırını zədələyən ağ vağ bulağa gəlir. O, öz baldırını hər gün bu bulaqda isladırdı. Nəticədə ağ vağ sağalıb uçub getdi. Bunu görən insanlar da onsendə islanmağa başladılar və sağlam oldular. Bu xəbərlər ətrafa yayıldı və bulaq məşhurlaşdı.[2]

Tama no işi əfsanəsi

[redaktə | mənbəni redaktə et]

Qədim zamanlarda Okuninuşi no Mikoto və Sukunahikona no Mikoto adlı tanrılar var idi. Onlar İzumodan Doqoya gəldilər. Sukunahikona no Mikoto ağır xəstə idi və ömrünə bir neçə gün qalmışdı. Okuninuşi no Mikoto Sukunahikona no Mikotonu isti bulağın sularında islatdı. Sağlamlıq Sukunahikona no Mikotoya qayıtdı və o, sağlam olduğunu göstərmək üçün daşın üstündə rəqs etdi. Onun ayaq izi daşın üstündə qaldı və Tama no işi adlı daş hal-hazırda Doqo onsenində eksponat kimi durur.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Ruhlarla sovrulanlar animesindəki əsas bina Doqo onseninin əsasında çəkilmişdir.

  1. 1 2 Akimasa Watanabe Matsuyamajo to Dogo Onsen [Matsuyama Castle and Dogo Onsen] (Matsuyama: Ehimebunkasousho, 1983) səhifə 200–201
  2. Akimasa Watanabe. Matsuyamajo to Dogo Onsen [Matsuyama Castle and Dogo Onsen] (Matsuyama: Ehimebunkasousho, 1983) səhifə 200

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]