Elgün Səfərov
Elgün Səfərov | |
---|---|
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini | |
15 fevral 2021 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər |
Elmi dərəcəsi | hüquq üzrə fəlsəfə doktoru |
|
|
Təltifləri |
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert.
Haqqında
[redaktə | vikimətni redaktə et]Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.[1]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Elmi və pedaqoji fəaliyyəti
[redaktə | vikimətni redaktə et]O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.[1]
O, Bakı Dövlət Universitetində, ADA Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ", "Humanitar hüquq", "Avropa İttifaqının tarixi və qanunvericiliyi" və digər fənnləri tədris etmişdir.[1]
İş fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Raul Vallenberq İnstitutunun, ADA-nın, Cenevrə İnstitutunun, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin, Avropa İttifaqının, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Avropa Kollecinin, BMT-nin, USAİD-in, BMT-nin İnsan hüquqları Komissarlığının, ATƏT-in, "Север-Юг" təşkilatının və digər beynəlxalq və milli təsisatların təşkil etdikləri təhsil proqramlarının iştirakçısı olmuşdur.
2009-cu il tarixində "Beynəlxalq əlaqələr və beynəlxalq insan hüquqları" Azərbaycan Diplomatiya Akademiyası, İsveçin SİDA, İsveçrə inkişaf və əməkdaşlıq təşkilatının, BMT-nin Əhali Fondunun "CEDAW konvensiyasının tətbiqi" (2008), USAİD-in "Qadınların iş yerində seksual qısnaması" (2007), BMT-nin İnsan hüquqları üzrə yay məktəbi (2008) və digər sahələr üzrə təşkil edilən təlimlərdə və seminarlarda iştirak etmişdir. Təlimçi qismində Avropa Şurasının "Gender büdcələşmənin həyata keçirilməsi" mövzusuna dair Makedoniyada (2010), ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanın regionlarında "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun həyata keçirilməsi və məişət zorakılığı ilə mübarizə" mövzusunda təlimdə (2012), YUNESKO-nun dəstəyi ilə "Media və KİV nümayəndələri üçün "Gender əsaslı zorakılıq və onun qarşısının alınması" mövzusunda təlimlərə və digər seminarlara cəlb olunmuşdur.
İnsan hüquqlarının müdafiəsi, beynəlxalq hüquq, gender bərabərliyinin təmin edilməsi, gender büdcələşməsi, bələdiyyələrlə iş və dövlət qulluğu, narkotiklərlə mübarizə, insan alveri, məişət zorakılığı, uşaq əməyi, cinsi və iqtisadi zorakılıqla, gender əsaslı zorakılıqla, cinsi ayrı-seçkiliklə, stereotiplərlə və seksizmlə mübarizə, uşaqların zərərli informasiyadan qorunması, uşaqların internet təhlükəsizliyi, gənclərin inkişafı, innovasiyalar və yüksək texnologiyaların tətbiqi və digər sahələrdə təlimçi-ekspert kimi fəaliyyət göstərmiş, eyni zamanda araşdırmaların keçirilməsi istiqamətində təcrübələrə yiyələnmişdir.
Avropa Şurasının seksizmlə mübarizəyə həsr olunmuş qətnaməsinin hazırlanması ilə bağlı işçi qrupunun nümayəndəsi olmuşdur (2017–2018-ci illər). Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların konvensiyalarının, tədbirlər planlarının, qətnamələrin, bəyannamələrin və sənədlərin hazırlanmasında beynəlxalq ekspert kimi iştirak etmişdir.
- 2004–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində "Beynəlxalq ümumi hüquq" və "Beynəlxalq humanitar hüquq" fənlərini tədris etmişdir.
- 2006–2013-cü illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi, Ölkələrarası övladlığa götürmə sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.
- 2013-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
- 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunun layihəsi üzrə (UNİFEM) məsul şəxs (focal point) kimi fəaliyyət göstərmişdir.
- 2007–2018-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurasının Gender bərabərliyi üzrə Komissiyanın gender məsələləri üzrə məsul şəxsi və ekspert kimi fəaliyyət göstərmişdir.
- 2012-ci ildə BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində "Azərbaycan Respublikasının qanunvericiliyinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasına uyğunluğunun təhlili"nin hazırlanmasında iştirak etmişdir.
- 2014–2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ" fənnini tədris etmişdir.
- 2014–2015-ci illərdə ADA Universitetində "Avropa İttifaqının tarixi və qanunvericiliyi" mövzusunu əhatə edən təlimlərdə təlimçi kimi iştirak etmişdir.
- 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü seçilmişdir (CEDAW, 2019–2022).[2][3]
- 2006–2021-ci illər ərzində ölkəni BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların konfranslarında dəfələrlə təmsil etmişdir.
- 15 fevral 2021-ci ildən Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini seçilmişdir.[4]
Seçilmiş elmi əsərləri (50-dən çox elmi məqalə, monoqrafiya, kitab və tezislərin müəllifidir)[5]
- "Правосубъектность государств в международном праве" – Beynəlxalq Hüquq və Diplomatiya məqalələr toplusu, №2 (2003).
- "Правосубъектность Азербайджанской Республики" – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin materialları (29 may 2004).
- "Связь международной правосубъектности и правопреемства государств" –Magistrantların IV-ü Respublika Elmi Konfransı, Sumqayıt 2004.
- "Эффективность Совета Безопасности ООН" – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin materialları (4 dekabr 2004).
- "Реформирование Совета Безопасности ООН" – "Qanun" № 05 (133) İctimai-siyasi, elmi hüquq jurnalı (2005)
- "Юридическая природа международных организаций"- "Qanun" № 05 (138) İctimai-siyasi, elmi hüquq jurnalı (2005)
- "Правовой статус и компетенция Совета Безопасности ООН" – Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri", Elmlər məqalələr məcmuəsi, 15-ci buraxılış (2006).
- "Процедура принятия решений в Совете Безопасности ООН" – Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri", Elmi məqalələr məcmuəsi, 17-ci buraxılış (2007).
- "Beynəlxalq sülhün və təhlükəsizliyinin təmin edilməsində BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri (məsuliyyəti)" – Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal, № 1 (09) 2007.
- "Dövlətlərin özünümüdafiə hüququnun beynəlxalq hüquqi aspekti və BMT Təhlükəsizlik Şurası" – Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal, № 2 (10) 2007.
- "Milli qanunvericilik sistemində uşaq və qadın hüquqlarının müdafiə mexanizmlərinin inkişafı: nailiyyətlər və qarşıda duran məsələlər" – Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu. 18 iyun – İnsan Hüquqları Gününə həsr olunmuş. "İnsan Hüquqları müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi" mövzusunda elmi konfransın materialları (2016).
- "İnsan hüquqlarının müdafiəsi sistemində gender bərabərliyinin təmin edilməsi (hüquqi məsələlər)", Azərbaycan Universiteti. "Gender Problemi və Müasir Azərbaycan" respublika elmi konfransının Materialları (25 Noyabr, 2017) Bakı, Azərbaycan.
- "Liderlik təlimatı". Yerli siyasətdə təmsil olunan qadınlar üçün Liderlik Təlimatı. Bakı, 2017. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
- Dərs vəsaiti, 2018-ci il, "Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər". Kitabın çapı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəçiliyilə Amerika xalqının köməyi əsasında keçirilmişdi.
- United Nations International Scientific Conference on Sustainable Development, Baku, 24–25 November 2017, "SUSTAINABLE DEVELOPMENT OF GENDER EQUALITY SYSTEM IN THE REPUBLIC OF AZERBAIJAN: PROBLEMS, GOOD PRACTICE AND PERSPECTIVES".
Təltifləri
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]
- 2013-cü ildə Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı və İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərin IV Konfransının keçirilməsində fəal iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Biographical data form of candidates to the Committee on the Elimination of Discrimination against Women Arxivləşdirilib 2020-04-10 at the Wayback Machine // ohchr.org (United Nations Human Rights Treaty Bodies)
- ↑ Committee on the Elimination of Discrimination Against Women Arxivləşdirilib 2013-09-03 at the Wayback Machine // Membership // Mr. Elgun Safarov (Vice-Chairperson)
- ↑ Эльгюн Сафаров избран в Комитет ООН по ликвидации дискриминации в отношении женщин Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine // vzglyad.az // 8 iyun 2018
- ↑ Elgün Səfərov BMT-nin Komitəsinə sədr müavini seçilib Arxivləşdirilib 2021-03-06 at the Wayback Machine // apa.az // 16 fevral 2021
- ↑ Форма предоставления биографических данных кандидатов в Комитет по ликвидации дискриминации в отношении женщин — Сафаров, Эльгюн Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine // ohchr.org // (rus.)
- ↑ Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // president.az
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Presentation by Dr. Elgun Safarov, UN CEDAW Committee member Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine // osce.org (Organization for Security and Co-operation in Europe) // 22 fevral 2021
- Clustered ID: SR on violence against women and SR on Poverty — 7th Meeting 26th Regular Session of Human Rights Council Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // webtv.un.org (United Nations Web Tv)
- Committee on the Elimination of Discrimination Against Women Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine // 20th Meeting of States parties (New York, 7 June 2018): Election of twelve members of the Committee on the Elimination of Discrimination against Women to replace those whose terms are due to expire on 31 December 2018 // ohchr.org
- Bombing Azerbaijani civilian population needs legal assessment — UN Committee member Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // trend.az // 12 oktyabr 2020
- Addressing Gender-biased Sex Selection: Experience Sharing among Countries along the Belt and Road Initiative Arxivləşdirilib 2021-10-17 at the Wayback Machine // china.unfpa.org // 25–26 oktyabr 2018
- Seventy-second session of the committee on the elimination of discrimination against women opens in Geneva Arxivləşdirilib 2021-08-18 at the Wayback Machine // ungeneva.org (United Nations Geneva) // 18 fevral 2019
- London Forum delegates pack[ölü keçid] // research.kent.ac.uk // 28–29 yanvar 2019
- Report of the 4th meeting of the Drafting Committee to prepare a draft Committee of Ministers recommendation to prevent and combat sexism Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // rm.coe.int (Council of Europe) // 24 oktyabr 2018
- Convention on the Elimination of All Forms of Discrimination against Women[ölü keçid] // undocs.org (United Nations) // 7 iyun 2018
- Gender Equality Commission / commission pour l’egalite entre les femmes et les hommes (GEC) Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // rm.coe.int (Council of Europe) // 16 noyabr 2012
- Drafting Committee — Recommendation on Preventing and Combating Sexism Arxivləşdirilib 2022-04-30 at the Wayback Machine // coe.int (Council of Europe)
- Охранный ордер для жертвы Arxivləşdirilib 2015-01-10 at the Wayback Machine // rg.ru // Российская газета — Азербайджан № 17(6289) // 28 yanvar 2014
- Elgün Səfərov: Ermənistan müharibədə uşaqlardan istifadə etməklə qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozur Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 25 oktyabr 2020
- Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 16 oktyabr 2020
- Presentation of Council of Europe Regional Study on Women's Political Representation in the Eastern Partnership Countries Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // coe.int (Council of Europe) // 1 noyabr 2017
- Expert talks about sanctions against Armenia Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // menafn.com // 24 oktyabr 2020
- "Elektron məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi və insan hüquqları Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 3 iyun 2020
- Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair onlayn konfrans keçirilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 3 iyun 2020
- Dövlət Komitəsi gender üzrə məsul şəxslər üçün təlimlərə başlayıb Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 30 yanvar 2020
- Göyçayda yerli özünüidarəetmədə gender bərabərliyi mövzusunda təlim keçirilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 20 noyabr 2019
- Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 3 oktyabr 2019
- Peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən dövlət qulluqçuları cəmiyyətimizdə nümunəyə çevrilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 25 iyun 2019
- Məktəblərdə "Uşaqların zərərli informasiyadan qorunması" mövzusunda maarifləndirici təlimlər davam edir Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 20 may 2019
- Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyi istiqamətində maarifləndirici təlimlərə başlayıb Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 14 may 2019
- Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 19 aprel 2019
- Bakıda üçüncü milli BMT modeli konfransının açılış mərasimi keçirilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 5 aprel 2019
- Azərbaycanın nümayəndəsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə üzv seçilib Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 8 iyun 2018
- Məşhur "John Batchelor Show" radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 18 may 2017
- Xalqımıza qarşı törədilən bu cinayət heç zaman unudulmayacaq Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine // azertag.az // 26 fevral 2017
- Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 30 dekabr 2015
- Romada keçirilən beynəlxalq konfransda Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərdən danışılıb Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // azertag.az // 19 sentyabr 2014
- Армянский террор против азербайджанских детей[ölü keçid] // armiya.az // 12 oktyabr 2020
- Член комитета ООН: Бомбардировке гражданского населения Азербайджана необходимо дать правовую оценку // bakuinform.az // 11 oktyabr 2020
- Будут ли применены международные санкции против детоубийцы Никол Пашиняна? Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // vzglyad.az // 24 oktyabr 2020
- Conference Towards guaranteeing equal access to justice for women Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine // coe.int (Council of Europe) // 8 mart 2016