Emulyator
Naviqasiyaya keç
Axtarışa keç
Emulyator – hər hansı qurğuya, məsələn, kompüterə, başqa bir qurğunun işini yamsılamağa (imitasiya etməyə) imkan verən aparat və ya proqram vasitəsi. Emulyatorlardan yeni kompüterlərin yaradılmasında istifadə olunur: onların köməyilə mövcud aparat və proqram vasitələri hazırlanmaqda olan kompüterlərin modelini qurur. Bundan başqa, emulyatorlardan rabitə sistemlərində hər hansı qəbuledici və ya verici qurğuları imitasiya etmək məqsədilə də istifadə olunur.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı