Entoni Hopkins
Entoni Hopkins | |
---|---|
Philip Anthony Hopkins | |
Doğum adı | Philip Anthony Hopkins |
Doğum tarixi | |
Doğum yeri | Port-Tolbot, Böyük Britaniya |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor, rejissor, bəstəkar |
Fəaliyyət illəri | 1967-indiyədək |
Təhsili | |
Boyu | 174 sm |
Mükafatları |
|
IMDb | ID0000164 |
Vikianbarda əlaqəli mediafayllar |
Entoni Hopkins (ing. Philip Anthony Hopkins; 31 dekabr 1937[2][3][…], Port-Talbot[d], Uels[4]) — ABŞ və Böyük Britaniya aktyoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-yə yollanır və kinolarda çəkilməyə başlayır.
1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülmüşdür. "Oskar" mükafatı ilə yanaşı 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülmüşdür.
Rejissor işinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar.
1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilisiz xidmətləri və onu bütün dünyada layiqliklə yaymasına görə verilir.
Filmləri
[redaktə | mənbəni redaktə et]- Ağ avtobus (1967) / The White Bus
- Qışda şir (1968) / The Lion in Winter
- Güzgü muharibəsi (1969) / The Looking Glass War
- Səkkiz zınqırov səslənəndə(1971) / When Eight Bells Toll
- Juggernaut (1974) / Juggernaut
- Fil adam (1980) / The Elephant Man
- Fəsillərin dəyişməsi (1980) / A Change of Seasons
- Mükafat (1984) / The Bounty
- Yaxşı ata (1985) / Good Father, The
- Ümidsiz saatlar (1990) / Desperate Hours
- Quzuların səssizliyi / The Silence of the Lambs
- Brem Stokerin Drakulası / Bram Stoker`s Dracula
- Çaplin (1992) / Chaplin
- Kölgələr ölkəsi (1993) / Shadowlands
- Payız əfsanələri (1994) / Legends of the Fall
- Son hədd (1997) / The Edge
- Amistad (1997) / Amistad
- Zorronun maskası (1998)/ The Mask of Zorro
- Tanış olun, Co Blək (1998) / Meet Joe Black
- İnstinkt (1998) / Instinct
- Hannibal (2001) / Hannibal
- Pis dostluq (2002) / Bad Company
- İsgəndər (2004) / Alexander
- Kral ordusu (2005) / All the King’s Men
- Hiçkok (2012) / Hitchcock
Rejissor
[redaktə | mənbəni redaktə et]- Dilan Tomas: Geriyə dönüş/ Dylan Thomas: Return Journey (1990)
- Avgust (1996)
- ↑ 1 2 Anthony Hopkins (ing.). Royal Academy of Dramatic Art.
- ↑ Sir Anthony Hopkins // Encyclopædia Britannica (ing.).
- ↑ Anthony Hopkins // Internet Broadway Database (ing.). 2000.
- ↑ Anthony Hopkins // Encyclopædia Britannica (ing.).
- Yaşayan insanlar
- 31 dekabrda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Dram İncəsənəti üzrə Kral Akademiyasının məzunları
- Cəngavər bakalavrları
- Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri
- Qızıl Qlobus mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- Uelsdə doğulanlar
- ABŞ aktyorları
- Britaniya aktyorları
- Oskar mükafatı laureatları
- Sesil B. De Mill mükafatı laureatları