Fransa Sudanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
müstəmləkə
Fransa Sudanı
fr. Soudan français
ərəb. السودان الفرنسي
Bayraq
Bayraq
1936-cı ildə Fransa Sudanı.
1936-cı ildə Fransa Sudanı.
 
 
 
 
1880 — 1960

Paytaxt Bamako
Dilləri fransız dili
Rəsmi dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir.

9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur.

11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuarDahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir. Müstəmləkənin paytaxtı Bamako şəhəri idi.

1902-ci ildə Fransa Sudanının hərbi idarəsi altında olmayan əraziləri Seneqambiya və Niger müstəmləkəsinə çevrilmişdir.

1920-ci ildə Fransa Qərbi Afrikasının yenidən təşkilindən sonra Fransa Sudanı yenidən qurulmuşdur. 1933-cü ildə Fransanın Yuxarı Volta müstəmləkəsinin 1932-ci ildə ləğv edilməsindən sonra onun əyalətlərinin bir hissəsi Fransa Sudanına verilmişdir.[1]

28 sentyabr 1958-ci ildə keçirilən referendumdan sonra Fransa Sudanı xüsusi hüquqi status almış, Sudan Respublikası adı altında Fransa İcmasının üzvü dövlət olmuşdur. 17 yanvar 1959-cu ildə Sudan Respublikası Seneqalla birləşmə prosesinə başlamış və nəticədə Mali Federasiyası yaranmışdır.[1]

Fransızlar müstəmləkədə suvarma əkinçiliyi inkişaf etdirmiş, sonra kənd təsərrüfatı məhsullarını Fransaya ixrac etmişdir. Fransanın investisiyalarının əsas hissəsi Sudanın infrastrukturunun inkişafına yönəldilmişdi. 1928–1939-cu illər üçün maliyyə xərcləri 4 milyard frank təşkil etmişdir. Bu dəstək sayəsində Fransa Sudanında kənd təsərrüfatı sektoru sürətlə inkişaf etmişdir.[2]

  1. 1 2 Kô Samaké, Modibo Keïta, Recherche sur l’Historique de la Décentralisation au Mali : De la Période Coloniale à la 3×10{{{1}}} République, Penser pour agir.org, 7 février 2006 Arxiv surəti 2 avqust 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine
  2. Мусса Сиссе Cola, Пьер Jacquemot, Мали, фермеры и государство, L’Harmattan, 1981, ISBN 2-85802-200-3, 9782858022007, 197p "

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Becker, Laurence C. "An Early Experiment in the Reorganisation of Agricultural Production in the French Soudan (Mali), 1920–40". Africa. 64 (3). 1994: 373–390. doi:10.2307/1160787. JSTOR 1160787.
  • de Bruijn, Mirjam; Pelckmans, Lotte. "Facing Dilemmas: Former Fulbe Slaves in Modern Mali". Canadian Journal of African Studies. 39 (1). 2005: 69–95.
  • Imperato, Pascal James; Imperato, Gavin H. Historical Dictionary of Mali. Maryland: Rowman & Littlefield. 2008. ISBN 978-0-8108-5603-5.
  • Klein, Martin A. Slavery and Colonial Rule in French West Africa. London: Cambridge University Press. 1998.
  • Klein, Martin A. "Concept of Honour and the Persistence of Servility in the Western Soudan". Cahiers d'Études Africaines. 45 (179/180). 2005: 831–851. doi:10.4000/etudesafricaines.5665.