Göz tonometriyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kontaktsız aparılan pnevmatik oftalmotonometr

Göz tonometriyası (okulyar tonometriya, oftalmotonometriya) qlaukoma diaqnozunda mühüm rol oynayan göz daxili təzyiqin ölçülməsi üçün olan tibbi prosedurdur.[1] Göz daxili təzyiqin dəyəri millimetr civə (mmHg), bəzən də hektapaskal ilə ölçülür.

Ölçmə üsulları

[redaktə | mənbəni redaktə et]

Applanasiyalı kontakt tonometriyası

[redaktə | mənbəni redaktə et]
Müasir Qoldman tonometri

1884-cü ildə A. N. Maklakov göz daxili təzyiqin ölçülməsi üçün yeni bir cihaz (Maklakov applanasiya tonometri) yaratdı.[2] Metodun əsas mahiyyəti gözün buynuz qişasının gərginliyi ilə yastı bir lövhəyə olunan təmas və lövhədə qişanın izinin ölçülməsindən ibarət idi. Başqa bir aplanasiya üsulu oftalmometriyada “qızıl standart” adlandırılan Goldman tonometriyasıdır. Metod Maklakov tonometriyasına bənzəyir və müəyyən bir diametrdə buynuz qişanın izini yaratmaq üçün tələb olunan gücün ölçülməsindən ibarətdir. Metod plitənin buynuz qişa ilə birbaşa təmasına əsaslandığına görə lokal anestezi olmadan aparıla bilmir.

Dinamik kontur tonometriyası

[redaktə | mənbəni redaktə et]

Dinamik kontur tonometriyası təmas üsuludur. Bu üsul zamanı düz lövhə əvəzinə buynuz qişanın formasını izləyən elastik materialdan hazırlanmış zond istifadə olunur. Probun içərisinə təzyiq sensoru yerləşdirilir ki, bu isə zond üzərində minimal qüvvə ilə (1 qram) göz daxili təzyiqin birbaşa ölçülməsinə imkan verir.

Metod ölçmə zamanı buynuz qişanın deformasiyasının qarşısını alır və buynuz qişanın qalınlığı və elastikliyi ilə bağlı düzgün məlumatlar verir. Digər tərəfdən, ucun forması normal buynuz qişanın formasına uyğunlaşdırıldığı üçün nəticə daha çox buynuz qişanın əyriliyindən asılı olur.[3][4][5]

Bu metod da birbaşa təmasa əsalandığına görə lokal anesteziyanın təsiri altında aparılır.

Pnevmatik oftalmotonometriya

[redaktə | mənbəni redaktə et]

Pnevmatik tonometriya və ya hava reaktiv tonometriyası 1971-ci ildə Bernard Qrolman tərəfindən icad edilmişdir. Metod buynuz qişaya təsir etmək üçün təmas zondları yerinə hava axını istifadə edən bir aplanasiya üsuludur.[6] Bu zaman buynuz qişanın deformasiyası optik sensorlar vasitəsilə ölçülür. Gözdaxili təzyiq avtomatik olaraq verilmiş diametrdə buynuz qişanın düzləşməsini yaratmaq üçün tələb olunan hava axınının gücü əsasında hesablanır.[7]

Buynuz qişanın biomexaniki xüsusiyyətlərini (buynuz qişanın histerezisi, buynuz qişanın müqavimət faktoru) təhlil edən və buynuz qişa ilə kompensasiya olunmuş gözün daxili təzyiqini hesablayan oxşar iş prinsipinə malik daha mürəkkəb cihazlar da mövcuddur.

Tarixən pnevmatik oftalmotonometrlər qeyri-dəqiq hesab edilsə də, müasir alətlər təmas üsulları ilə yaxşı korrelyasiya göstərir.

Metod zondun buynuz qişa ilə birbaşa təmasına əsaslanmadığına görə anesteziya tələb etmir.

Transpalpebral tonometriya

[redaktə | mənbəni redaktə et]

Transpalpebral tonometriya göz almasının yuxarı göz qapağı vasitəsilə üzə çıxarıldığı təmas üsuludur. Gözdaxili təzyiqin dəyəri adətən işıq çubuğunun rebounduna əsasən avtomatik olaraq qiymətləndirilir.

Metod zondun buynuz qişa ilə birbaşa təmasına əsaslanmadığı üçün anesteziya tələb etmir. Bu üsul xəstənin özü tərəfindən də gözdaxili təzyiqə nəzarət üçün istifadə edilə bilər.

Digər metodlar

[redaktə | mənbəni redaktə et]

Palpasiya

Palpasiya (barmaq tonometriyası) həkim tərəfindən gözün daxili təzyiqinin qiymətləndirilməsi üçün olan təmas üsullarından biridir. Bu zaman həkim şəhadət barmağını göz qapağının üzərindən göz almasına yüngülcə basır. Bu metod dəqiq metod hesab edilmir.[8]

Optik koherens tomoqrafiyası

Optik koherens tomoqrafiyası təmassız tonometriyanın inkişafı mərhələlərindən biridir. Tonometriyanın bir çox digər formaları kimi bu üsul da buynuz qişaya tətbiq edilən gücə və göz reaksiyasının ölçülməsinə əsaslanır. Optik koherens tomoqrafiyası cihazı buynuz qişanın əyriliyindəki dəyişiklikləri, tor qişa kimi posterior interfeyslərlə əlaqədar buynuz qişanın apikal interfeysinin hərəkətini ölçmək üçün istifadə olunur. Bu son iki səthin hərəkətindəki fərq göz almasının daxili sıxılmasını, bu iki səthin hərəkətindəki oxşarlıq isə göz almasının retropulsiyasının miqdarını göstərir. Ön seqmentin və ya qlobusun sıxılması göz ətrafında ölçülən təzyiqlə müqayisə oluna və buynuz qişanın qalınlığına, potensial buynuz qişanın histerezinə uyğunlaşdırıla bilər.

Pnevmotonometriya

Pnevmotonometr metodu zamanı pnevmatik sensordan (hava yatağında üzən pistondan ibarətdir) istifadə olunur. Filtrdən keçən hava əvvəlcə porşedən (piston), daha sonra isə sensorun sonunda olan membranın üzərindəki (diametri 5 mm olan) kiçik dəlikdən keçir. Bu membran buynuz qişa ilə üzbəüz yerləşdirilir. Maşından gələn hava axını ilə buynuz qişa axını arasındakı tarazlıq pistonun hərəkətinə təsir edir və bu hərəkət göz daxili təzyiqi hesablamaq üçün istifadə olunur.

Basqılı tonometriya

Basqılı tonometriya zamanı çəkisi müəyyən olunmuş kiçik bir pistondan istifadə edilərək buynuz qişanın dərinliyindəki təzyiq ölçülür. Göz daxili təzyiq nə qədər yüksək olarsa, buynuz qişaya basqı bir o qədər də çətindir.[9] Plungerin hərəkəti kalibrlənmiş şkala ilə ölçülür. Schiötz tonometri bu prinsiplərə əsaslanan ən çox istifadə edilən cihazdır.[9]

  1. "ТОНОМЕТРИЯ ГЛАЗА • Большая российская энциклопедия - электронная версия". old.bigenc.ru. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-26.
  2. А.А. Федотов, В.Ю. Азима. Развитие методов измерения внутриглазного давления (PDF) // ГРПЗ (rus). 2015. 2016-08-06 tarixində arxivləşdirilib (PDF).
  3. Francis BA, Hsieh A, Lai MY, Chopra V, Pena F, Azen S, Varma R; Los Angeles Latino Eye Study Group. Effects of corneal thickness, corneal curvature, and intraocular pressure level on Goldmann applanation tonometry and dynamic contour tonometry. Ophthalmology. 2007 Jan;114(1):20-6.
  4. Kaufmann C, Bachmann LM, Thiel M, Comparison of Dynamic Contour Tonometry with Goldmann Applanation Tonometry. Invest Ophthalmol and Vis Sci 2004, Vol.45, No.9, 3118-3121. PMID 15326129
  5. Kaufmann C, Bachmann LM, Thiel MA, Intraocular Pressure Measurements Using Dynamic Contour Tonometry after Laser In Situ Keratomileusis. Invest Ophthalmol and Vis Sci 2003;44:3790-3794. PMID 12939293
  6. http://www.mercksource.com Arxiv surəti 9 may 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-05-09 at the Wayback Machine
  7. Felipe A. Medeiros, MD and Robert N. Weinreb, MD. «[Evaluation of the Influence of Corneal Biomechanical Properties on Intraocular Pressure Measurements Using the Ocular Response Analyzer].» J Glaucoma Volume 15, Number 5, October 2006.
  8. Troost A, Yun SH, Specht K, Krummenauer F, Schwenn O. «Transpalpebral tonometry: reliability and comparison with Goldmann applanation tonometry and palpation in healthy volunteers.» Arxiv surəti 20 mart 2006 tarixindən Wayback Machine saytında Br J Ophthalmol. 2005 Mar;89(3):280-3. PMID 15722303.
  9. 1 2 Cline D; Hofstetter HW; Griffin Jr. Dictionary of Visual Science. 4th ed. Butterworth-Heinemann, Boston 1997. ISBN 0-7506-9895-0