Gülşən Lətifxan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gülşən Lətifxan
Gülşən Lətif qizi Kazımova-Atəş
Təxəllüsü Lətifxan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Haaqa, Hollandiya
Milliyyəti Azərbaycanlı
Təhsili Xarici Dillər İnstitutu
İxtisası İngilis dili
Fəaliyyəti yazıçı
Üzvlüyü

Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015[1]) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri[2]. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi".

Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, HaaqaHarlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.

O, Azərbaycan Yazıçılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvüdür. Gülşən Kazımova "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri olmuş, tərcüməçi kimi fəaliyyət göstərmişdir. "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında fəaliyyətə başlayıb. Cəmiyyətin yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək olmuşdur. 2006-cı ildə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabı Niderlandda nəşr edilib. 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Gülşən Kazımova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi" fəxri ad ına layiq görülüb[2].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gülşən Lətif 20 ildən yuxarı Avropanın Niderland Krallığında yaşayıb-yaratmışdır. O, holland ictiamiyyətində və mətbuatında dəyərli yer tutub, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi üçün, sözün əsl mənasında, var qüvvəsini verib. Hollandiyada "AnaVətən" adlı qadın təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə böyük işlər aparıb.

Gülşən Lətifin "Bizim nəslin qızlari" adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun "Azeraida adası" romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.

2014-cü ildə Haaqada Azərbaycan səfirliyində Gülşən xanımın böyük Yaradıcılıq Gecəsi kecirilib.

  1. "Azərbaycanlı yazıçı vəfat edib". 2015-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  2. 1 2 "Diaspor hərəkatında aktiv olan qadınlar" (az.). olaylar.az. 12.03.2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]