Georgi xaçı (Rusiya İmperiyası)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi xaçı
rus. Георгиевский крест

Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Tip orden
Kimə verilir hərbi xidmətlərinə görə aşağı rütbəli hərbçilərə
Status yoxdur
Deviz "Xidmət və şücaətə görə"
(rus. За службу и храбрость)
Statistika
Parametrlər forma: xaç şəklində
material: qızıl və ya gümüş
Təsis tarixi 13 (25) fevral 1807
İlk təltif
Ardıcıllıq
Yüksək mükafat "Oktyabr inqilabı" ordeni
Müvafiqdir Georgi xaçı (Rusiya Federasiyası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi xaçı (rus. Георгиевский крест) (1913-cü ilə qədər — "Fərqlənmə nişanı" hərbi ordeni (rus. Зна́к отли́чия Вое́нного о́рдена))Rusiya İmperiyasının 1807-ci ildə təsis edilmiş və struktur olaraq "Müqəddəs əzabkeş və qalib Georgi" ordeninə təyin edilmiş aşağı rütbələr üçün hərbi mükafatı. Bu, əsgərlər və kiçik zabitlər üçün düşmənə qarşı göstərdiyi hərbi xidmətlərə və şücaətə görə verilən ən yüksək mükafat idi.[1]

1913-cü ilə qədər ordenin qeyri-rəsmi adları var idi: 5-ci dərəcəli Georgi xaçı, əsgər Georgi xaçı, əsgər Georgi (“Eqori”) və s. 1913-cü il Nizamnaməsi ilə hərbi ordenin rəsmi olaraq "Georgi xaçı" adlandırıldı və lentin rəngləri müəyyənləşdirildi. Georgi xaçı lenti üç qara və iki narıncı zolaqdan təşkil olunmuşdu.

1807-ci ildən 1856-cı ilə qədər mükafat bir dərəcəyə, 19 mart 1856-cı ildən dörd dərəcəyə malik idi.

Georgi xaçı 1917-ci il iyunun 24-dən zabitlərə də verilə bilərdi.

Vətəndaş müharibəsi illərində ağ hərəkatın liderləri aşağı rütbələrin Georgi xaçı ilə təltif edilməsi praktikasını davam etdirdilər.

1992-ci ildə Rusiya Federasiyası Ali Sovetinin Rəyasət Heyəti ordeni bərpa etmək qərarına gəldi.

  1. "Высочайший Манифест от 13 февраля 1807 г." 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.