Gil adası
Gil adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,9 km² |
Uzunluğu | 2,5 km |
Eni | 0,3 km |
Hündür nöqtəsi | −27 m[1], −23 m[1] |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
39°56′58″ şm. e. 49°28′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Gil adası |
Gil adası[2] — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunluğu 2.5 km, ən enli yeri isə 0,3 km təşkil edir. Məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsı Ələt qəsəbəsidir. Adanı sahildən 3,5 km-lik məsafə ayırır. Bakı şəhərı Qaradağ rayonun inzibati ərazisinə aiddir. Ərazisi 0,9 km² təşkil edir. Ada Ələt körfəzində yerləşir.Suxurlar əsas etibarı ilə gildən təşkil olmuşdur. Hündürlüyü 6 metr təşkil edir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Ada 1964 ildən yasaqlıq elan edilib. Gil adasında coxlu sayta dəniz quşları əsasən Xəzər qağayısı qorunur. Ərazidə 10,000 çox qağayı var. Ada ətrafında balıq ehtiyatlarının olması ilə seçilir. Burada çoxlu sayda quş yuvaları var. Adada iri bir quş koloniyası vardır. Müəyyən müddət ada antropagen təsirə məruz qalır burada yerləşən quş yumurtalarını mənimsəyirdilər. 1998-ci ildə neft cirklənməsi nəticəsində adanın sahil zolağı çox zərər cəkmişdir. Aprel ayında aparılan manitoring bataqlıq quşlarının (qaşqaldaq 90%, böyük qarabatdağ, qırmızıbaş dalğıc, fitçalan ördək, Xəzər qağayısı) 30,000 baş quşun tələf olmasını göstərdi. Son illər isə vəziyyət xeyli yaxşıdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Key Biodiversity Areas (ing.).
- ↑ "Gil adası" ( (az.)). mapcarta.com. 2016-02-08. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08-02-2016.