Həsənağa Sadıqov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi alətləri Saz, Qoşanağara, Balaban
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1988

Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988).

Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib. Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveçdə, Vyetnamda, Almaniyada satılır və o, həmin ölkələrdə yaradıcılıq əlaqələri ilə bağlı 3 illik müqavilə bağlayıb. 1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gündə fəaliyyət göstərir.

Həsənağa Sadıqov 1 avqust 2018-ci ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmişdir.[1] Salyan rayonu Noxudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

  1. "Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib" (Azerbaijani). qafqazinfo.az. 1 Avqust 2018. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Avqust 2018.