Hadera
Şəhər | |
Hadera | |
---|---|
ivr. חֲדֵרָה ərəb. الخضيرة | |
32°27′ şm. e. 34°55′ ş. u.HGYO | |
Ölkə | İsrail |
Dairə | [[Hayfa dairəsi]] |
Mer | Zvika Gendelman |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1891 |
Yaşayış məntəqəsi statuslu | 1952 |
Sahəsi | 53 km² |
Mərkəzin hündürlüyü | 42 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 91 707 nəfər (2016) |
Milli tərkibi | yəhudilər |
Digər | |
hadera.muni.il | |
Vikianbarda əlaqəli mediafayllar |
Hadera (ivr. חֲדֵרָה Ḥadera ; ərəb. الخضيرة al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir.[1]
Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır.
Demoqrafiya
[redaktə | vikimətni redaktə et]İsrail Mərkəzi Statistika Bürosunun 2013-cü ilin oktyabr ayına olan məlumatına əsasən Hadera şəhərinin əhalisi 91,634 nəfər təşkil etmişdi.[2] Üç ildən sonra 2016-cı ildə isə bu rəqəm artıq 91,707 nəfərə çatmışdır. 2013-cü ildə aparılmış hesablamalara görə, əhalinin 23,407 nəfəri Efiopiyadan buraya köç etmiş immiqrantlardan ibarət olmuşdur.
1922-ci ildə Fələstindəki Britaniya mandatlığının rəhbərliyi tərəfindən keçirilmiş siyahıya almaya əsasən Haderanın əhalisi 540 nəfər hesablanmışdır ki, bunun da 450 nəfərini yəhudilər, 89 nəfərini müsəlmanlar, 1 nəfərini isə xristian əhalisi təşkil edirdi.[3] Şəhər əhalisi 1948-ci ildən sonra stabil olaraq artmağa başlamışdır. 1955-ci ildə əhali iki dəfəyə yaxın artaraq 22,500 nəfərə çatmışdır. Əhali 1961-ci ildə 25,600, 1972-ci ildə 32,200 və 1983-cü ildə 38,700 nəfər təşkil etmişdir.
Haderada əhalinin ortalama yaşı 32.8 ildir.[4] 2007-ci il hesablamalarına görə şəhər əhalisinin 37,500 nəfəri kişilərdən, 39,200 nəfəri isə qadınlardan ibarət olmuşdur.
Əhalinin 99,2%-ni yəhudilər və qeyri-ərəblər təşkil edir. Ərəb əhalisi çox az saydadır.
Təhsil
[redaktə | vikimətni redaktə et]Şəhərdə ümumilikdə 42 məktəb yerləşir və bunların hər birində ümumilikdə 15,622 nəfər təhsil alır.
İsraildə öz növünə görə ilklərdən biri olan Hadera Demokratik Məktəbi 1987-ci ildə açılmışdır. Şəhərdə yerləşən "Technoda" elm və təhsil mərkəzi ən son model teleskop və planetarium da daxil olmaqla müxtəlif növ texnologiya ilə təchiz olunmuşdur.[5]
Qardaş şəhərlər
[redaktə | vikimətni redaktə et]Hadera aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər statusuna sahibdir:
- Şarlott, Şimali Karolina, ABŞ[6]
- Dərbənd, Rusiya
- El Paso, Texas, ABŞ
- Haren, Qroningen, Niderland
- Ceksonvill, Florida, ABŞ
- Nürnberq, Almaniya
- Sent-Pol, Minnesota, ABŞ
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Hadera". Jewish Virtual Library. 2016-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ "Table 3 - Population of Localities Numbering Above 2,000 Residents" (PDF). Israel Central Bureau of Statistics. 30 iyun 2010. 2010-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ [1]
- ↑ "Statistical Abstract of Israel 2008". Israel Central Bureau of Statistics. 18 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- ↑ "NJ Jewish News on-line - Reach for the stars". njjewishnews.com. 2012-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
- ↑ "Charlotte Sister Cities Worldwide - Hadera". İstifadə tarixi: 30 noyabr 2008.[daimi ölü keçid]
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- hadera.muni.il — rəsmi saytı