Küp (film, 1970)
Küp | |
---|---|
gürc. ქვევრი | |
Janr | komediya |
Rejissor | İrakli Kvirikadze |
Əsərin müəllifi | Luici Pirandello |
Ssenari müəllifi | Rezo Qabriadze |
Baş rollarda |
Buxuti Zakariadze Vaxtanq Sulakvelidze |
Operator | Lomer Axvlediani |
Bəstəkar | Giya Kançeli |
Rəssam | Xristesi Lebanidze |
İstehsalçı | Gürcüstan Telefilm Studiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 27 dəq. |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1970 |
Rəng | ağ-qara |
IMDb | ID0067262 |
"Küp" (gürc. ქვევრი) — rejissor İrakli Kvirikadzenin filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Qogiya çaxır məhsulu almaq üçün kəndə böyük bir küp alaraq qayıdıb. Onun qızı küpü maşının yük yerindən təkbaşına çıxarmaq istəyəndə onu tuta bilmir və əlindən yerə düşür. Küpün bir hissəsi qırılır. Bundan sonra Qogiya bu işlərin ustası olan Abesalomun köməyinə müraciət etməyə məcbur olur.
Dəvət olunmuş mahir usta böyük küpün içində girib qopan və çatlayan yerləri təmir etməyə başlayır. İşini qurtarandan sonra usta həmişəki kimi küpün boğaz hissəsindən çıxmaq istəyir. Amma küp Meqreliyadan idi. Belə küplərin isə boğaz hissəsi çox dar olur.
Qogiya uğursuzluğa düşmüş ustanı oradan çıxmağa inandırır. Lakin heç bir cəhd arzu olunan nəticəni vermir. Sahə milisi gəlib çıxır. O da heç bir çıxış yolu göstərə bilmir. Onlar ağıllı kiminsə gələcəyinə ümid edərək bazar ertəsinə qədər gözləmək qərarına gəlirlər.
Dostlar zavallı ustaya şam yeməyi və bir qədər çaxır gətirirlər ki, vaxt tez keçsin. Bu, ev sahibinin xoşuna gəlmir. Ancaq o da hamı kimi bu vəziyyətdən çıxış yolu tapılana qədər səbrlə gözləməlidir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifi: Luici Pirandello
- Ssenari müəllifi: Rezo Qabriadze
- Rejissor: İrakli Kvirikadze
- Operator: Lomer Axvlediani
- Rəssam: Xristesi Lebanidze
- Bəstəkar: Giya Kançeli
- Səs operatoru: Levan Kişnişev
- Rejissor assistenti: Liya Qogeliya
- Operator assistentləri: Zaza Qudavadze, İqor Kreps
- Redaktor: Amiran Çiçinadze
- Filmin direktoru: Tamaz Keşelava
Rollarda
[redaktə | mənbəni redaktə et]- Buxuti Zakariadze — Qogiya
- Vaxtanq Sulakvelidze — Abesalom
- Genrieta Lejava — Maro
- Erosi Mancqaladze
- Givi Berikaşvili
- Otar Zautaşvili — sahə müvəkkili
- İlya Bakakuri
- L. Soxaşvili
- M. Kandelaki
- L. Zardiaşvili
- Liana Qudadze — Nona İsakadze
Mənbə
[redaktə | mənbəni redaktə et]- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 176.