Kürfürst

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kürfürstlər — soldan sağa: Köln arxiyepiskopu, Mayns arxiyepiskopu, Trir arxiyepiskopu, Pfals qraf-palatini, Saksoniya hersoqu, Brandenburq markqrafı və Bohemiya kralı (Codex Balduini Trevirorum, təq. 1340)

Kürfürst (alm. Kurfürst‎, (dinlə), hərfi mənada — "seçilmiş knyaz", Kür — "seçki" və Fürst — "knyaz"; lat. princeps elector imperii) və ya qısaca seçicilər, Müqəddəs Roma İmperiyasının imperatorunu seçən seçki kollegiyasının üzvləri idi. Reyxstaqlarda seçici knyazlar xüsusi kollegiya təşkil edirdilər, imperator və ya kraldan sonra gəlirdilər[1]. Onlar Müqəddəs Roma İmperiyasının sarayından azad idilər, onların mülkləri (knyazlıqları) bölünməz idi və onların Reyxstaqların təyin edilməsində iştirak etmək hüququ var idi. Kürfürstlərin xüsusi nişanları var idi: kürfürst geyimi və papaqları olurdu. 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvi ilə kürfürst titulları da bitdi, təkcə Hessen-Kassel 1866-cı ilə qədər onu saxladı.

Kürfürstlər Kollegiyası (alm. Kurfürstenrat‎), Almaniya Arxkansleri vəzifəsində Mayns knyaz-Arxiyepiskopu tərəfindən idarə olunurdu.[2] Yeddi kürfürst 1356-cı il Qızıl Fərmanı tərəfindən təyin edilmişdi. Hər bir kürfürst müasir Nazirlər Kabinetinə bənzəyən "İmperiyanın Böyük Dəftərxanası"na (alm. Reichserzämter‎) sahib idi və İmperator sarayının üzvü idi. Üç ruhani seçici arx-kansler (alm. Erzkanzler‎) idi. Yerdə qalan altı nəfər dünyəvi kürfürstlər idi və onlara saraydakı mövqelərini əks etdirən gerb simvolları verilmişdi.

Adı Növü Vəzifəsi
Mayns knyaz-arxiyepiskopu Ruhani Almaniyanın baş kansleri
Köln knyaz-arxiyepiskopu Ruhani İtaliyanın baş kansleri
Trir knyaz-arxiyepiskopu Ruhani Burqundiya baş kansleri
Bohemiya krallığı Dünyəvi Baş saqi
Pfals kürfürstlüyü Dünyəvi Baş mehmandar
Saksoniya kürfürstlüyü Dünyəvi Baş marşal
Brandenburq markqraflığı Dünyəvi Baş kamerlen

Bavariya hersoqu 1623 və 1648-ci ildə Vestfaliya Sülhünə uyğun olaraq kürfürst kollegiyasında yer tutanda, onların sayı səkkizə yüksəldi və "baş xəzinədar" titulu aldı. 1692-ci ildə Hannover kürfürstü (rəsmi olaraq Brünsvik-Lüneburq) Doqquzillik müharibə zamanı "baş bayraqdar" kimi doqquzuncu kürfürst oldu.

Bavariya vərasət müharibəsindən sonra 1779-cu ildə Tesxen müqaviləsi nəticəsində Pfals və Bavariya kürfürstlükləri birləşdirildi. 1803-cü ildə Alman mediatizasiyası nəticəsində Köln və Trir knyaz-arxiyepiskopluqları ləğv edildi. Mayns knyaz-arxiyepiskopu və baş kansler İnqilabçı Fransa tərəfindən işğal edilmiş itirilmiş ərazisinə görə kompensasiya olaraq yeni qurulan Regensburq knyazlığını aldı. Daha sonra 4 dünyəvi kürfürst daha siyahıya əlavə edildi:

Lakin bu dəyişikliklər az təsir göstərdi, çünki II Fransiskin Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkməsi ilə imperiya yalnız üç il sonra dağıldı.

  1. "Precedence among Nations". www.heraldica.org. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  2. Bryce, James. The Holy Roman Empire (Revised). London: Macmillan. 1866. səh. 252.
  • Winfried Becker: Der Kurfürstenrat. Grundzüge seiner Entwicklung in der Reichsverfassung und seine Stellung auf dem Westfälischen Friedenskongress. Aschendorff, Münster 1973.
  • Alexander Begert: Die Entstehung und Entwicklung des Kurkollegs. Von den Anfängen bis zum frühen 15. Jahrhundert. Duncker & Humblot, Berlin 2010, ISBN 978-3-428-13222-5, (Schriften zur Verfassungsgeschichte 81).
  • Alexander Begert: Böhmen, die böhmische Kur und das Reich vom Hochmittelalter bis zum Ende des Alten Reiches. Studien zur Kurwürde und zur staatsrechtlichen Stellung Böhmens. Matthiesen, Husum 2003, ISBN 3-7868-1475-9, (Historische Studien 475).
  • Hans Boldt: Deutsche Verfassungsgeschichte. Band 1: Von den Anfängen bis zum Ende des älteren deutschen Reichs 1806. 2., durchgesehen und aktualisierte Auflage. Deutscher Taschenbuch-Verlag, München 1990, Şablon:Falsche ISBN.
  • Arno Buschmann (Hrsg.): Kaiser und Reich. Klassische Texte und Dokumente zur Verfassungsgeschichte des Heiligen Römischen Reiches Deutscher Nation. 2 Bände. 2. ergänzte Auflage. Nomos-Verlags-Gesellschaft, München 1994.
  • Franz-Reiner Erkens: Kurfürsten und Königswahl. Zu neuen Theorien über den Königswahlparagraphen im Sachsenspiegel und die Entstehung des Kurfürstenkollegiums. Hahn, Hannover 2002, ISBN 3-7752-5730-6, (Studien und Texte / Monumenta Germaniae Historica, 30).
  • Axel Gotthard: Säulen des Reiches. Die Kurfürsten im frühneuzeitlichen Reichsverband. Matthiesen, Husum 1998, ISBN 3-7868-1457-0.
  • Klaus-Frédéric Johannes: Bemerkungen zur Goldenen Bulle Kaiser Karls IV. und der Praxis der Königswahl 1356–1410. In: FS Jürgen Keddigkeit, 2012, S. 105–120.
  • Klaus-Frédéric Johannes: Die Goldene Bulle und die Praxis der Königswahl 1356–1410. In: Archiv für mittelalterliche Philosophie und Kultur. Bd. 14 (2008) S. 179–199.
  • Martin Lenz: Konsens und Dissens. Deutsche Königswahl (1273–1349) und zeitgenössische Geschichtsschreibung. Vandenhoeck & Ruprecht, Göttingen 2002, ISBN 3–525–35424-X, (Formen der Erinnerung 5), Rezension.
  • Hans K. Schulze: Grundstrukturen der Verfassung im Mittelalter. Band 3: Kaiser und Reich. Kohlhammer, Stuttgart u. a. 1998, ISBN 3-17-013053-6.
  • Hans K. Schulze: Grundstrukturen der Verfassung im Mittelalter. Band 4: Das Königtum. Kohlhammer, Stuttgart u. a. 2011.
  • Armin Wolf: Die Entstehung des Kurfürstenkollegs 1198–1298. Zur 700jährigen Wiederkehr der ersten Vereinigung der sieben Kurfürsten. 2. bearbeitete Auflage. Schulz-Kirchner, Idstein 2000, ISBN 3-8248-0031-4, (Historisches Seminar N. F. 11).
  • Armin Wolf (Hrsg.): Königliche Tochterstämme, Königswähler und Kurfürsten. Klostermann, Frankfurt am Main 2002, ISBN 978-3-465-03200-7, (Studien zur europäischen Rechtsgeschichte 152).