Kəbirli (Beyləqan)
Kəbirli | |
---|---|
39°51′07″ şm. e. 47°31′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd.[1] 1938-ci ildə salınıbdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü.
Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir[2].
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.
Birinci Qarabağ müharibəsi şəhidləri
[redaktə | mənbəni redaktə et]- Muxtar Qasımov – Azərbaycanın Milli Qəhrəmanı
- Çodarov Aydın Novruz oğlu (12.02.1972–04.10.1992)
- Əliyev Eldar Əkbər oğlu (09.11.1970–09.02.1992)
- Əliyev Mehdi Qəzənfər oğlu (06.01.1971–15.01.1993)
- Hacıyev Etibar Yasib oğlu (09.05.1973–15.12.1992)[3]
- Rəhimov Nahid Tanrıverdi oğlu(1975–03.03.1996)
- Rəhimov Vüqar Kamal oğlu(12.04.1972–12.10.1992)[4]
İkinci Qarabağ müharibəsi şəhidləri
[redaktə | mənbəni redaktə et]- Quliyev Elnur Sərdar oğlu
- Vəlişov Zahir Arif oğlu
- Tağıyev Anar Zakir oğlu
- Əliyev Araz Aydın oğlu
- Əsədov Saleh Səməd oğlu
- Rəhimov Ruslan Tanrıverdi oğlu
- Rüstəmov Elnur İsmayıl oğlu
- Yusifli Müzəffər Ziyəddin oğlu
- Həsənov Hafiz Saleh oğlu
- Yusibli Böyükağa Elbrus oğlu
- Abbasov Şamxal Xasay oğlu
- Həsənov Pərviz Yolçu oğlu
- Həsənov Ərəstun Əfşan oğlu
- İmaməddin Abdullazadə
- Rzayev Qəhrəman Bəhmən oğlu
- Həsənzadə Famil Şiraslan oğlu[5]
- Həsənov Şamil Şiraslan oğlu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |