Kamran Bayramov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamran Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1979(1979-11-10) (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış[1] deputatı.[2]

Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir.

Evlidir, üç ovladı vardır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş;
  • 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış;
  • 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş;
  • 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş;
  • 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş;
  • 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş;
  • 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.[2] Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,[3] Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.

  1. 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az
  2. 1 2 "Azərbaycan Respublikasının Milli Məclisi". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.