Kapitel
Kapitel (lat. caput «baş») — sütunun və ya pilyastranın yuxarı, yekun elementini təşkil edir[1]. Kapitel abaka və exindən ibarət olur[2]. Abaka adətən düzbucaqlı piltə formasında, exin isə daha iri və yastıq formasında olur. Hər bir memarlıq orderi üçün ayrıca kapitel tipi uyğun gəlir.
Kapitelin hissələri
[redaktə | mənbəni redaktə et]Hər bir kapitelin əsas 3 hissədən ibarətdir: 1) Abaka. 2) Exin. 3) Boyun. Bu hissələr özləridə ikinci dərəcəli hissələrə bölünür. Sadə kapitel (dorik) abaka və exindən ibarətdir. Bu tip kapiteldə heç bir dekarativ əlavələr olmur. Korinif və ionik kapitellər nisbətən daha mürəkkəbdir. Onlarda daha çox elementlər müşahidə olunur. İonik kapitel üçün xarakterik olan valute (spiral) və balustrad həm dekarativ, həm də praktik əhəmiyyət daşıyır. İonik kapitelin həmçinin yastıq adlı hissəsidə olur. Korinif kapiteli daha çox akant ornamenti ilə bəzədilir[2].
Memarlıq baxımdan hər bir kapitelin hündürlüyü sütun diametrinin yarısı qədər olmalı. Çıxıntının hündürlüyü sütun diametrinin 1/5-nə , astraqal isə hüdürlükcə pilləkənlərə bərabər. Exininin hündürlüyü iki çıxıntı ölçüsü qədər.
Sadə və ionik kapitelə daxil bütün elementlər:[3]
- Karniz.
- Abaka.
- Exin.
- Pilləkənlər.
- Boyun.
- Spiral.
- Balustrad.
- Astraqal.
- Çıxıntı.
Qədim Misir kapitelləri
[redaktə | mənbəni redaktə et]Qədim Misirdə kapitellərin ümumən iki tipdə olardı: 1) Yığılmış tumurcuq. 2) Açılmış çiçək kasacığı şəklində. Tumurcuq formalı kapitel aşağıya doğru genişlənir, yuxarıya doğru tədricən daralır və tədricən abakaya keçir. İkinci tip kapiteldə aşağıya doğru genişlənsədə, yuxarıya əksinə kəskin genişlənir. Əksəriyyət tumurcuq kapitelləri hamar formaya malik olur[4].
Misirdə kapitellər əsasən üç bitkini simvolizə edir; lotos, papirus, palma. Firon Coserin cənub və şimal saraylarında kapitelin ilk nümunələrinə rast gəlinir. Papirus çiçəyinin hər tərəfə enən ləçəkləri və ya yığılmış papirus çiçəyi formasında olan bu kapitellərdən başqa lotosu, palmanı xatırladan kapitellərdən də geniş istifadə olunmuşdur. Luksor məbədində olan sütunların kapitelləri açılan lotosu xatırladır[5]. Medinet-Habuda, III Ramzesin məbədində sütun kapitelləri yığılan lotos gülünü xatırladır.
Antik kapitellər
[redaktə | mənbəni redaktə et]Antik dövürdə ilk olaraq Minoy sivilizasiyasında sadə kapitel nümunələrinə rast gəlinir. Onlar silindir formasında olur və üzərində kvadrat pilitə yerləşir. Yunanıstanda tədricən memarlıq sistemi formalaşmağa başladı və romada artıq bu sistem order adını aldı. Hər bir antik memarlıq orderinə xarakterik kapitel uyğun gəlir. Əsas 4 tip kapitel formasına romadan toskaniya və kompazit kapitelləridə daxil olmuş.
Dorik kapitel
[redaktə | mənbəni redaktə et]Dorik kapitel Yunanıstanın materik hissəsində geniş yayılmışdır. Sadəliyi fərqlənən dorik kapitel əsas 3 hissədən ibarətdir:
1) Abaka. 2) Exin. 3) Boyun.
Abaka paralelepiped və kvadrat formasında olur və bu çox yük düşməsni azaldır. Exin konus şəklində olur və tədricə sütuna keçir. Exinlə boyun hissəsi arasında olan kiçik, üç ədəd pilləkənlər suyun süzülərək stunun üzərinə axmasının qarşısını alır. Apollon məbədində, Parfenonda və Kolizeydə dorik kapitel nümunələri yetərincədir.
İonik kapitel
[redaktə | mənbəni redaktə et]Bu kapitel forması daha çox Yunanıstanın adalarında və Kiçik Asiya hissəsində yayılmış. İonik kapitel özünün hər iki tərəfə çıxan spiralları ilə fərqlənir. O «spiral kanalı» ilə başlayır, «spiral lenti» adlı hissəsi sonda burularaq «mərkəzi göz» ilə yekunlaşır. Exin ilə spiralınsi yaratdığı bucaq hissəsi palmet ornamet növü ilə bəzədilir. Bu tip kapitelin daha çox variantlar olur. Spirallar iki tərfli olmaqla yanaşı həm də dörd tərfli də ola bilir.
Artemida məbədində sütunların kapitelləri ionik üslubda hazırlanıb.
Korinif kapiteli
[redaktə | mənbəni redaktə et]Kornif orderi ilk dəfə olartaq Peloponnes şəhərində meydana gəlmişdir. Bu orderin kapiteli digərlərindən nisbətən uzun olması və daha çox bəzədilməsi ilə fərqlənir. Kornif kapitelində digərlərindən fərqli əlavə 3 qatda mövcud:
- Yuxarı yarpaqlar.
- Orta yarpaqlar.
- Aşağı yarpaqlar[3].
Bu qatların hər biri özünə məxsus akant yarapaqlarının ornamenti ilə bəzədilir. Kornif kapiteli özünün ən yüksək formasını Romada ala bilmişdir.
Hind-kornif kapiteli
[redaktə | mənbəni redaktə et]Bu kapitel üslubu Hindistan yarımqitəsinin şimal-qərbində qeydə alınmış. Özündə həm hind, əm də elin mədəniyyətinin elemetlərini daşıyır. Əsasını kornif orderi təşkil edən bu üslubun bu əraziyə daşınması Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra başlamış. Daha sonralar Yunan-Bakrtiya padşahlığı ərazisində geniş yayılmışdır. Hind-kornif kapitelində Budda və Bodhisattvanın fiqurlarınada tez-tez rast gəlinir. Bu fiqurlar akant yarapaqları ilə hər tərfədn əhatə olunmuş olur. Sirkapda kornif üslubuna buddist elementləri əlavə olunmuş çoxlu memarlıq nümunələri var. [6]
Kompozisiyalı kapitel
[redaktə | mənbəni redaktə et]Daha mürəkkəb memarlıq orderinə -kompozisiyalı orderə daxildir. Bu kapitel kornif və ionik kapitellərin birləşməsindən meydana gəlib. Ümumi ölçülərdə o kornif kapitelini xatırlatsada, ionik kapiteldə olduğu kimi dörd spiraldan ibarətdir.[7]
Toskaniya kapiteli
[redaktə | mənbəni redaktə et]Romada istifadə olunan ən sadə, həm də digərlərindən daha qalın və ağır olanı. Öz adını İtaliyanın mərkəzi regionu olan Toskanadan götürüb. Formaca o dorik orderin kapitelinə yaxındır. Ancaq ornament baxımdan daha kasaddır[8]. Toskaniya orderi daha çox hərbi xarakter daşıyan tikililərdə istifadə olunurdu. Qala qapılarında, qalalarda, hərbi sürsat saxlanılan binalarda, həbsxana və dəniz limanlarında toskan kapitellərinə rast gəlmək olar.
Orta əsir avropa kapitelləri
[redaktə | mənbəni redaktə et]Şərq kapiteli
[redaktə | mənbəni redaktə et]Şərqi Roma və ya Bizans kapitelləri öz müxtəlifliyi ilə seçilir. Onlar əvvəlki roma kapitelərinin əlamətlərini saxlasada fərqli forma almşlar. Artıq kapitellər təkcə bitki yarpaqları ilə yox, həm də heyvan və insan fiqurları ilə bəzədilirdi. Bu memarlıq üslubunda sütun üzərində daha çox kvadrat şəkilli impost olur[9]. Bizans memarlığə antik orderlərdən imtina edərək daha kompakt və bütov bir üslub yaratdılar. Bu tip kapitellərə Ayasofya (Selanik), Müqəddəs Mark bazilikasında rast gəlmək olar. San-Vitale məbədində impost blok sütun üzərində olur və sütuna nisbətən daha geniş olur.
Qərbi roman və qotik kapiteli
[redaktə | mənbəni redaktə et]Roman memarlığında daha çox kornif orderində olan yarapaq bəzədilməsi və azda olaraq bizans üslubu müşahidə olunur. Bu üslubda sütun daha çox dekorativ xarakter alır. Kapitellər sadə həndəsi fiqurlar formasında olur. Ümumən bu tip üslub stabil order formasını qazana bilməmişdir.
Qotik kapitelləri 15-16 əsrlərdə sütunlarda dəsətək funksiyasını artıq yerinə yetirmirdi. Kapitel az diqqət çəkir və tədricən arkaya keçirdi[10] Kapitelin hündürlüyü sütunla yox abidənin hündürlüyü ilə təyin edilirdi. Kapitellər bitkilərlə yanaşı fantastik heyvan fiqurları ilə bəzədilirdi. Daha sonra ki, dövürlərdə artıq müqəddəslərində fiqurları yer aldı. Qotik kapitelləri kəsilmiş kürə və ya piramida formasında olur.[11]
İntibah dövrü kapitelləri
[redaktə | mənbəni redaktə et]İntibah dövründə yenidən antik kapitel növlərinə müraciət olndu. Daha çoxda ionik və kornif kapitellər öz müasir formasını aldı. Sütun və kapitellər klassik proporsiyalara uyğun gəlir. Antik orderlər həm konstruktiv, həm də dekorativ baxımdan tədbiq edilirdi. Bəzi intibah dövrünün abidələrində kapitellər sırf ionik kapitel spiralları formasındadır[12]
Qalereya
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Капитель — элемент колонны". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
- ↑ 1 2 "Словарь архитектурных терминов". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
- ↑ 1 2 "Четыре книги об архитектуре .Авторы: А. Палладио". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-12.
- ↑ "ЕГИПЕТСКИЙ ОРДЕР" (PDF). 2022-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-12.
- ↑ "Britannika ensiklopediyası". 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-12.
- ↑ Errington, Elizabeth;Cribb,Joe,Maggie (1992).ISBN 0-9518399-1-8.
- ↑ "Kомпозитный ордер". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-19.
- ↑ "Капитель колонны". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-19.
- ↑ "Arxivlənmiş surət". 2014-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
- ↑ "Особенности внутреннего интерьера готических соборов". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-24.
- ↑ "Романская и готическая архитектура". 2014-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-24.
- ↑ "Колонна эпохи Ренессанса". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-24.