Karo Alabyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karo Alabyan
erm. Կարո Սիմոնի Հալաբյան
Şəxsi məlumatlar
Doğum tarixi 14 (26) iyul 1897[1]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1959(1959-01-05)[1] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Moskva
Əsas tikililəri
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karo Semyonoviç Alabyan (rus. Каро́ Семёнович Алабя́н, erm. Կարո Սիմոնի Հալաբյան; 14 (26) iyul 1897[1], Yelizavetpol[1]5 yanvar 1959[1], Moskva[2][1]) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır.[3]

Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur.[3]

Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir. Alabyan SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur.[3]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Karo Alabyan 2 orden, həmçinin medallarla təltif edilmişdir.[3]

  • Алабян К. С. Задачи советской архитектуры. М.: 1937.
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 Union List of Artist Names (ing.). 2009.
  3. 1 2 3 4 Алабјан Каро Семјонович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Карлик, Леонид Борисович К. Ала­бян. Ереван, 1966.
  • Малинина Т. Г. Архитектор Каро Алабян. М.: Гос. науч.-исслед. музей архитектуры, 2008.