9° c. e. 120° ş. u.HGYO

Kiçik Zond adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kiçik Zond adaları
ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda
Ümumi məlumatlar
Ümumi sahəsi 87000 km²
Hündür nöqtəsi 3726 m
Əhalisi 14.000.000 nəfər (2010-cu il)
Yerləşməsi
9° c. e. 120° ş. u.HGYO
Ölkələr
Akvatoriya
Kiçik Zond adaları xəritədə
Kiçik Zond adaları
Kiçik Zond adaları
Kiçik Zond adaları (İndoneziya)
Kiçik Zond adaları
Kiçik Zond adaları, İndoneziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiçik Zond adaları (ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda) — Malay arxipelaqına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir.

Kiçik Zond adaları adaları altı iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Yava adasından şərqdə yerləşir. Sahəsi 87-min km², əhalisi 14 milyon nəfər təşkil edir. Ən iri adaları Bali, Lombok, Sumbava, FloresTimor adalarıdır. Flores adasından cənubda Sumba adası yerləşir. Kiçik Zond adaları kifayət qədər dağlıq əraziyə sahibdir. Səbəb vulkanik məşhəlli olmasıdır. Adalar qrupunun ən hündür nöqtəsi Lombok adasında yerləşən Pincani dağıdır. Onun hündürlüyü 3726 metr təşkil edir.

Bali və Lombok adaları arasında Volles xətti yerləşir. Bu xətt AsiyaAvstraliyanı ayırır[1]. Komodo adası isə Komodo varanı ilə bütün dünyada tanınır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Kiçik Zond adalarının böyük qismi İndoneziya ərazisinə daxildir. Timor adasının şərqində isə Şərqi Timor yerləşir. Kiçik Zond adalarının İndoneziyaya daxil ərazisi üç vilayətə bölünür: Bali, Qərbi Kiçik Zond adalarıŞərqi Kiçik Zond adaları:

Adalar kənd təsərrüfatı məhsulları ilə tanınır. Burada düyüKofe yetişdirilir. Faydalı qazıntılardan neft, dəmir, marqansmis çıxarılır.

  1. Audley-Charles, M.G. (1987) "Dispersal of Gondwanaland: relevance to evolution of the Angiosperms" In: Whitmore, T.C. (ed.) (1987) Biogeographical Evolution of the Malay Archipelago Oxford Monographs on Biogeography 4, Clarendon Press, Oxford, pp. 5–25, ISBN 0-19-854185-6