Konstruktivizm
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır.[1] Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur.
Konstruktivizm haqqında
[redaktə | mənbəni redaktə et]Kontstruktizm Rus futurizmindən irəli gələn daha geniş kontstruktiv incəsənət cərəyanından meydana çıxmışdır. Kontstruktiv incəsənət üç ölçülü kubist təxəyyülünü kinetik ünsürləri olan tamamilə mücərrəd qeyri-obyektiv "konstruksiyalara" tətbiq etməyə təşəbbüs göstərmişdi. 1917-ci il Rusiya inqilabından sonra o, öz diqqətini yeni rejimin tələb etdiyi yeni sosial tələblər və istehsalat məsələlərinə çevirdi. İki müxtəlif düşüncə tərzi meydana çıxdı. Birincisi fəza və ahənglə əlaqəli Antuan Pevsner və Naum Qabonun "Realist manifest"ində ümumiləşmişdi. İkincisi isə Maarifçilik Komissarlığı daxilindəki mübarizəni təmsil edirdi. Bu mübarizə saf incəsənətə inananlar ilə Aleksandr Rodçenko, Varvara Stepanova kimi bu incəsənətin sənaye istehsalına cəlb olunmasını istəyən daha çox sosial meyilli qruplar-produktivlər arasında gedirdi.1922-ci ildə Pevsner və Qabo başqa ölkəyə köçdüklərinə görə parçalanma baş verdi. Daha sonra bu cərəyan sosial utilitarist (mənfəətpərəst) cizgidə inkişaf etdi. Produktivlərin əksəriyyəti Proletkult və LEF jurnalından dəstək aldı və sonra memarlıq qrupu O. S. A.-nın aparıcı nüfuzuna çevrildi.
Memarlıqda İnqilab
[redaktə | mənbəni redaktə et]İlk və ən məşhur konstruktivist memarlıq layihəsi futurist Vladimir Tatlin tərəfindən Sankt-Peterburqdakı Komintern qərargahı üçün təklif olunan, daha çox Tatlin Qülləsi adlandırılan 1919-cu il layihəsi olub. Bu layihənin həyata keçməməsinə baxmayaraq, onun şüşə və polad materialları və futuristik (gələcəkyönümlü) etikası və siyasi baxışı (onun daxili həcmindəki dəyişiklik, hərəkət və inkişaf inqilab və dialektikanı rəmziləşdirirdi) 1920-ci illərin layihələrindən xəbər verirdi. Digər məşhur ilkin konstruktivist layihə isə El Lissitskinin hazırladığı hərəkət edən xitabət kürsüsü-Lenin Tribunası (1920) idi. Rusiya vətəndaş müharibəsi zamanı Kasimir Maleviç və Lissitskinin ətrafında cəmləşmiş UNOVIS qrupu Suprematizmin "qeyri-obyektiv" mücərrədliyini daha utilitar məqsədlərlə birgə göstərməklə ideal konstruktivist şəhərlər yaradan müxtəlif layihələr tərtib etdilər. (bax həmçinin — El Lissitskinin Prounen-Raum və ya Qustav Klutsisin "Dinamik Şəhər" layihələri). Bu və Tatlinin layihəsində konstruktivizmin komponentlərini Qustav Eyfelin mühəndislik ustalığı və Nyu York yaxud Çikaqo göydələnləri kimi müxtəlif yüksək texnologiyalı Qərb formalarının yeni kollektiv cəmiyyətə uyğunlaşdırılması kimi görmək olar.
Şəkil Qalereyası
[redaktə | mənbəni redaktə et]-
Mosselprom Binası (David Kogan, 1923–4)
-
Novo-Ryazanskaya Prospekti (Melnikov, 1926)
-
Izvestia Binası, Moskva (Grigori & Mikhail Barkhin, 1926)
-
Svoboda Fabrik Klubu (Melnikov, 1927)
-
Kauchuk Fabrik Klubu(Melnikov, 1927)
-
Flats, Zamoskvorechye, Moskva (late 1920s)
-
Rusakov İşçi Klubu(Melnikov, 1927)
-
Tank Motorları Ofisi (Ivan Fomin, 1929)
-
Narkomfin Binası (Moisei Ginzburg, 1930)
-
MPS Binası, Moskva (Ivan Fomin, 1930s)
-
Intourist Garajı (Melnikov, 1934)
-
Toxuculuq İnstitutu, Moskova (1930–8)
Mənbə
[redaktə | mənbəni redaktə et]Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- Reyner Banham, Theory and Design in the First Machine Age (Architectural Press, 1972)
- Victor Buchli, An Archaeology of Socialism (Berg 2002)
- Campbell/Lynton (eds), Art and Revolution (Hayward Gallery, London 1971)
- Catherine Cooke, Architectural Drawings of the Russian Avant-Garde (MOMA, 1990)
- Catherine Cooke, The Avant Garde (AD magazine, 1988)
- Catherine Cooke, Fantasy and Construction – Iakov Chernikhov (AD magazine, vol 59 no 7–8, London 1989)
- Catherine Cooke & Igor Kazus, Soviet Atrchitectural Competitions (Phaidon, 1992)
- Kenneth Frampton, Modern Architecture: a Critical Introduction (Thames & Hudson, 1980)
- Moisei Ginzburg, Style and Epoch (MIT, 1981)
- S. Khan-Magomedov, Alexander Vesnin and Russian Constructivism (Thames & Hudson 1986)
- S. Khan-Magomedov, Pioneers of Soviet Architecture (Thames & Hudson 1988), ISBN 978-0-500-34102-5
- Rem Koolhaas, 'The Story of the Pool' (1977) included in Delirious New York (Monacelli Press, 1997) ISBN 978-1-885254-00-9
- El Lissitzky, The Reconstruction of Architecture in the Soviet Union (Vienna, 1930)
- Karl Schlögel, Moscow (Reaktion, 2005)
- Karel Teige, The Minimum Dwelling (MIT, 2002)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Constructivist architecture — video
- Heritage at Risk: Preservation of 20th Century Architecture and World Heritage Arxivləşdirilib 2008-01-11 at the Wayback Machine — April 2006 Conference by the Moscow Architectural Preservation Society (MAPS)
- Archive Constructivist Photos and Designs at polito.it Arxivləşdirilib 2008-04-11 at the Wayback Machine
- The Moscow Times' Guide to Constructivist buildings Arxivləşdirilib 2007-04-09 at the Wayback Machine
- Guardian article on preserving Constructivist buildings
- Constructivism in Architecture at Kmtspace Arxivləşdirilib 2006-09-03 at the Wayback Machine
- Campaign for the Preservation of the Narkomfin Building Arxivləşdirilib 2007-02-11 at the Wayback Machine
- Constructivist designs at the Russian Utopia Depository
- Constructivism and Postconstructivism at St Petersburg's Wandering Camera
- Short film on the heavily Constructivist-influenced buildings that Berthold Lubetkin designed for Dudley Zoo in the 1930s
- Czech Constructivism — Villa Victor Kriz
- Urfan Məmmədov. "Konstruktivizm". Memarlıq bloqu (az.). memarliq.com. 2014. İstifadə tarixi: 2014-10-09.